1 of 27

Altay Mustafayev

2000-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 2002-ci ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirmişdir.Daha sonra 2005-ci ildə ABŞ-ın Vaşinqton Universitetində (Seattle) hüquq üzrə magistr (LL.M.) dərəcəsini əldə etmişdir. 2026-cı ildə isə ABŞ-ın İndiana Universitetinin (Bloomington) Hüquq Elmləri Doktoru (S.J.D.) elmi dərəcəsini almaqla ABŞ-də hüquq üzrə doktorluq dərəcəsi alan ilk azərbaycanlı olmuşdur.

Karyerasına hüquq şirkətində hüquqşünas kimi başlamışdır. Uzun illər dünyanın ən böyük beynəlxalq hüquq firmalarından biri olan "Baker McKenzie" şirkətinin Bakı ofisində Partnyor vəzifəsində çalışmış, burada Bank, Maliyyə, Korporativ/M&A və Vergi təcrübəsi qruplarına rəhbərlik etmişdir. 2018-ci ildən etibarən özünün təsis etdiyi "Altay Mustafayev Law & Tax LLC" hüquq və vergi məsləhətçiliyi şirkətinin İdarəedici Partnyoru olaraq fəaliyyətini davam etdirir. Eyni zamanda, ADA Universitetinin Hüquq Məktəbində professor-müəllim heyətinin üzvüdür.

2005-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının, 2007-ci ildən ABŞ-ın Nyu-York Ştatı Vəkillər Kollegiyasının, 2016-cı ildən etibarən isə İngiltərə və Uelsdə vəkillik (solicitor) qurumunun üzvü kimi lisenziyaya malikdir. "Chambers Global", "IFLR1000" və "Legal 500" kimi nüfuzlu qlobal hüquq reytinq agentlikləri tərəfindən mütəmadi olaraq Azərbaycanda "Aparıcı Hüquqşünas" elan olunmuşdur.

İxtisaslaşma sahələri: Korporativ hüquq, Bank və Maliyyə hüququ, Vergi hüququ, M&A, Müqavilə hüququ, Sərmayələr və Qiymətli kağızlar.

03

2 of 27

Anar Bağırov

1997-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavriatura, 1999-cu ildə isə Mülki hüquq istiqaməti üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2006-cı ildə AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda aspirantura pilləsini bitirərək hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2014-cü ildən AMEA-nın AMEA Hüquq və İnsan Haqları İnstitutunun doktorantıdır.

1997–2005-ci illər arasında müxtəlif təşkilat və müəssisələrdə hüquqşünas vəzifəsində işləmişdir. 2005-ci ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunmuş və hal-hazıradək vəkillik fəaliyyəti ilə məşğul olmaqdadır. 2012-ci ildən etibarən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüdür. 2017-ci ildən etibarən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədridir. 2019-cu ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvüdür.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü,[ Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının "Vəkillərin peşəyə buraxılış və ixtisasartırma" fakültəsinin dekan əvəzi və Akademiyanın Elmi şurasının üzvü. Hüquq elmləri üzrə fəlsəfə doktorudur.

"Yüksəliş" müsabiqəsinin mentorudur.

Azərbaycan Respublikasının Prezidentinin 19 may 2015-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Bir sıra yerli və xarici arbitraj məhkəmələrdə arbitr vəzifəsini icra edir. Həmçinin Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının ekspertidir.

İxtisaslaşma sahələri: Maliyyə hüququ, Sığorta hüququ, Korporativ İdarəetmə, Katiblik işinin təşkili, Müqavilə və öhdəlik hüququ, Liderlik, Komanda işi.

3 of 27

Anar Kərimov

Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsində bakalavr təhsili almış, eyni universitetdə eyni ixtisas üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə tamamlamışdır. İqtisad universitetinin (UNEC) maliyyə-kredit fakultısini ikinci təhsil kimi bitirmişdir. Lüksemburqun "ATTF" təşkilatı tərəfindən verilmiş Komplayens sahəsində Peşəkar Sertifikata (Sertifikatlı Komplayens Mütəxəssisi) sahibdir. Hal-hazırda, İspaniya krallığının nüfuzlu İE biznes məktəbində Global Executive MBA (2026-2027) proqramı üzrə təhsil alır.

Karyerası ərzində bank, dövlət və özəl sektorda hüquq və komplayens istiqaməti üzrə 22 ildən artıq zəngin təcrübə qazanmışdır. O, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində hüquq məsləhətçisi, "Azər-Türk Bank" ASC-də hüquq məsləhətçisi, həmçinin "Sumqayıt Elektrik Şəbəkə" müəssisəsində Hüquq şöbəsinin rəisi kimi çalışmışdır. 2007-ci ildən etibarən peşəkar fəaliyyətini "PAŞA Bank" ASC-də davam etdirərək hüquq şöbəsinin meneceri, Hüquq və Komplayens Departamentinin direktoru və Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Məsul Şəxs vəzifələrini icra etmişdir. 2021-ci ildən bankın Komplayns üzrə Baş Direktor vəzifəsinə təyin olunmuşdur. 2025-ci ildən etibarən isə Hüquq və Korporativ İdarəetmə üzrə Baş Direktor vəzifəsini icra etməkdədir.

Bank sahəsindəki geniş təcrübəsinə əsasən, Azərbaycan Banklar Assosiasiyasının (ABA) Komplayens və Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Ekspert Qrupunun sədri vəzifəsini icra edir.

İxtisaslaşma sahələri: Komplayens və Korporativ idarəetmə, AML (Çirkli pulların yuyulmasına qarşı mübarizə), Bank hüququ, Hüquqi risklərin idarə edilməsi, Mediasiya, Problemli kreditlərin idarə edilməsi, Qeyri-maliyyə risklərin idarə edilməsi, Məhkəmə işlərinin təşkili və aparılması, Reputasiya risklərinin idarə edilməsi və s.

02

4 of 27

Arif Mehdiyev�

Arif Mehdiyev 21.06.1986-cı il tairxdə Bakı şəhərində anadan olmuşdur.

Hüquq təhsilini 2002–2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında almışdır. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq Biznes ixtisası üzrə magistr (MBA) dərəcəsi, 2019-cu ildə isə Boğaziçi Universitetində MBA proqramını bitirmişdir.

Arif Mehdiyev bank sektorundakı peşəkar fəaliyyətinə 2008-ci ildə hüquqşünas vəzifəsində “Bank of Baku” ASC-də başlamış, burada 11 il müddətində müxtəlif vəzifələrdə, o cümlədən son olaraq direktor müavini vəzifəsində çalışmışdır. 2019-cu ildən etibarən “Kapital Bank” ASC-də Korporativ hüquq şöbəsinin müdiri kimi fəaliyyət göstərmiş, 2020-ci ildən etibarən Hüquq departamentinin direktor müavini vəzifəsinə təyin olunmuşdur. 2023-cü ilin oktyabr ayından etibarən Arif Mehdiyev “PashaPay” MMC-nin Hüquq departamentinin rəhbəri vəzifəsini icra edirdi. 2025-ci ilin iyul ayından etibarən isə yenidən “Kapital Bank” ASC-yə geri dönərək Hüquq departamentinin direktoru vəzifəsinə təyin edilmişdir və hazırda “Bir Ekosistemi”nin hüquq departameninin direktoru vəzifəni icra edir.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının, o cümlədən Kollegiyanın Biznes Hüququ Komitəsinin üzvüdür. Ailəlidir, 1 övladı var.

��İxtisaslaşma sahələri: Bank hüququ, korporativ hüquq, mülki hüququn müxtəlif sahələri.

��Əlaqə məlumatları:�Mobil nömrə: +994125981295 (daxili: 1170)�E-poçt: Arif.Mehdiyev@kapitalbank.az

����

5 of 27

Aytac Qasımova

Hüquq təhsilini 2003-2005-cı illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində almışdır. 2022-ci ildə Hüquq üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür.

Yaxın Şərq və Avropada kommersiya hüququ, müqavilə hüququ və vergi hüququ üzrə təlimlər keçmişdir. Leadership, negotiation skills & mentorship proqramlarını uğurla bitirmiş və bu sahələrdə sertifikatlar almışdır.

Peşəkar fəaliyyətinə 2004-cü ildə neft sektorunda, “Karasu Operating Company” şirkətində başlamışdır.

2009-2012-ci illərdə bank sektorunda, “Kapital Bank” ASC-də Hüquq Departamentinin direktorunun müavini vəzifəsində çalışmışdır.

2012-ci ildən “PAŞA Holding” MMC-də fəaliyyət göstərməyə başlamış, 2021-cı ildən Qrup üzrə Hüquq və Komplayens Departamentinin direktoru, 2026-cı ildən etibarən isə Hüquq və Dövlət Qurumları ilə Əlaqələr Funksiyasının Direktoru vəzifəsində çalışır.

LEGIS Təşkilat Komitəsinin sədridir.

Bakı Arbitraj Mərkəzinin Direktorlar Şurasının üzvüdür.

Komplayens Assosiasiyasının sədridir.

Ailəlidir, 2 övladı var.

6 of 27

Bəxtiyar Aslanbəyli

1976-cı ildə Bakıda anadan olmuşdur. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində bakalavr və magistr təhsili almışdır. Bakı Dövlət Universitetində Hüquq elmləri üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə yiyələnmişdir.

Karyerasına 1998-cı ildə "PricewaterhouseCoopers" (PwC) beynəlxalq audit şirkətinin vergi və hüquq xidmətində başlamışdır. 2002-ci ildən etibarən peşəkar fəaliyyətini bp şirkətində davam etdirərək vergilər üzrə analitik, müşavir, regional vergi və gömrük meneceri kimi müxtəlif məsul vəzifələr icra etmişdir. 2015-ci ildən bp şirkətinin regional vitse-prezidentidir (2015-2020 Azərbaycan, Gürcüstan, Türkiyə üzrə; 2020-2021 Yaxın Şərq və Xəzər regionu üzrə; 2020-2026 Xəzər regionu üzrə). Hazırda bp şirkətinin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti vəzifəsini icra edir.

Paralel olaraq akademik mühitdə də fəaldır - Bakı Dövlət Universitetinin dosenti və Himayəçilər Şurasının üzvü, ADA Universitetinin müəllimidir. Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının üzvudür. Bir kitabın (“Səfir hüququnun kodifikasiyası” – Bakı, "Gənclik" nəşriyyatı, 1997), ölkədə və xaricdə nəşr edilmiş 20-dən artıq elmi məqalə və tezislərin müəllifidir.

Ölkənin neft-gas sənayesinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Böyük Britaniya və Azərbaycan arasındakı münasibətlərin möhkəmləndirilməsindəki xidmətlərinə görə Britaniya İmperiyası Ordeninin fəxri Zabiti (OBE) tituluna layiq görülmüş ilk Azərbaycan vətəndaşıdır.

İxtisaslaşma sahələri: Enerji siyasəti və diplomatiyası, Beynəlxalq vergi hüququ, Beynəlxalq və milli təhlükəsizlik, Korporativ xarici əlaqələr və kommunikasiya strategiyaları, Komplayens.

08

7 of 27

Celal Savaş

1988-ci ildə İstanbul Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1989–1994-cü illərdə həmin fakültədə elmi işçi (tədqiqatçı köməkçisi) vəzifəsində çalışmışdır. 1995–2000-ci illərdə Türkiyədə əsasən korporativ hüquqi məsləhət xidmətləri göstərən müstəqil vəkil kimi fəaliyyət göstərmişdir.

2000–2006-cı illərdə BP Petrolleri A.Ş.-də Hüquq müşaviri və Şirkət katibi vəzifələrində çalışmışdır. Daha sonra Siemens Sanayi ve Ticaret A.Ş.-yə qoşularaq 2006–2018-ci illərdə Baş hüquq məsləhətçisi və Direktorlar Şurasının üzvü vəzifələrini icra etmişdir. 2018–2025-ci illərdə SOCAR Turkey Enerji A.Ş.-də Baş hüquq inzibatçısı və Direktorlar Şurasının üzvü vəzifələrində çalışmışdır. Hazırda SOCAR Qrupuna daxil olan STAR Refinery A.Ş.-də Məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirir.

Bakı Arbitraj Mərkəzinin (BAC) Direktorlar Şurasının üzvüdür və İstanbul Arbitraj Mərkəzinin (ISTAC) Enerji Komissiyası və Davamlı İnkişaf Komissiyasının üzvü kimi fəaliyyət göstərir. O, əsasən kommersiya mübahisələri üzrə ixtisaslaşan fəal arbitrdir və Qazaxıstanın AIFC Beynəlxalq Arbitraj Mərkəzinin və Qırğızıstan Arbitraj Mərkəzinin arbitr siyahılarına qəbul edilmişdir. O, Beynəlxalq Vəkillər Assosiasiyasının (IBA) Korporativ Hüquqşünaslar Forumunda rəhbər vəzifələrdən birini icra edir.

İxtisaslaşma sahələri: beynəlxalq arbitraj, korporativ hüquq və strateji idarəetmə

Əlaqə məlumatları:

Mobil nömrə: +90 533 3603454

E-poçt: celal.savas@suom.az

8 of 27

Elvin Məmmədov

2011 – ci ildə Türkiyənin Ege Universitetinin "İktisadi İdari Birimler ve İktisat" Fakültəsinin məzunu olmuşdur.

Karyerasına "Yapı Kredi Bank Azərbaycan"-da əməliyyatlar üzrə mütəxəssis olaraq başlamışdır. 2022-ci ilə qədər Azər Türk Bank, Rabitəbank-da həm komplayens həm də daxili nəzarət və audit departamentlərində müxtəlif vəzifələrdə və rəhbər şəxs olaraq çalışmışdır. 2022-2026-cı illərdə "PAŞA Holding"-də Komplayens üzrə baş İnzibatçı vəzifəsində çalışmışdır. Hal-hazırda "PashaPay" MMC-də Komplayens üzrə baş inzibatçı vəzifəsində çalışır.

Kompalyens, Audit və Risklərin idarəedilməsi üzrə beynəlxaq CAMS, CIA1 və GRC sertifikatlarına malikdir. "PAŞA Holding" çərçivəsində keçirilən "Leading lights" proqramının məzunudur.

İxtisaslaşma sahələri: bank, holdinq və fintech ekosistemində idarəetmə, risk və komplayens çərçivələrinin qurulması və təkmilləşdirilməsi, effektiv daxili nəzarət mühitinin formalaşdırılması, korporativ idarəetmə mexanizmlərinin gücləndirilməsi və tənzimləyici tələblərin biznes proseslərinə inteqrasiyası

9 of 27

Əfqan Baxışov

1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr, 2001-2003-cü illərdə isə Konstitusiya hüququ üzrə magist təhsili almışdır. 2013-2014-cü illərdə Böyük Britaniya hökumətinin “Chevening” təqaüdçüsü olaraq ikinci magistr təhsilini Korporativ idarəetmə hüququ sahəsində Mançester Universitetində almışdır. Hazırda konstitusiya ixtisası istiqamətində PhD üzrə namizəddir.

Karyerasına Ədliyyə Nazirliyində baş məsləhətçi olaraq başlamış, orada müxtəlif vəzifələrdə işləmişdir. Daha sonra Mərkəzi Bankın Hüquq Departamentində, baş məsləhətçi, şöbə rəisi və direktor-müavini olaraq işləmişdir. Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasında İdarə Heyətinin üzvü və Attestasiya və Apellyasiya komissiyalarının sədri olmuşdur. Eləcə də, müxtəlif dövrlərdə fərqli kommersiya banklarında hüquq və komplayens məsələləri üzrə icraçı direktor vəzifələrdə çalışmışdır.

Hazırda «Azərbaycan Hava Yolları» QSC-nin İdarə Heyəti sədrinin müşaviri, eyni zamanda Azərbaycan Vəkillər Kollegiyasının üzvü və Kollegiyanın Biznes hüququ Komitəsinin Maliyyə hüquqi qrupunun rəhbəridir.

Azərbaycan İqtisad Universiteti, ADA Universiteti, Azərbaycan Milli Aviasiya Akademiyasında hüquq üzrə müxtəlif fənlərin tədrisini aparmışdır.

“Chevening” təqaüdçüsü olaraq 2018-ci ildə Azərbaycanda, 2018-ci və 2019-cu illərdə isə Geniş Avropada “Peşəkar Nailiyyət” nominasiyasında “Məzunlar Mükafatları-2018” üzrə qalib olmuşdur.

O, bank, korporativ idarəetmə hüququ və liderlik mözuları üzrə təlimçi kimi də fəaliyyət göstərmişdir.

İxtisaslaşma sahələri: Maliyyə hüququ, korporativ idarəetmə hüququ, kommersiya hüququ, müqavilə və öhdəlik hüququ, konstitusiya hüququ.

10 of 27

Ələkbər İsmayılzadə

2003-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavr, 2006-cı ildə həmin fakültəsinin magistr dərəcəsini almışdır. 2008-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində «Banking, Finance and Security Law" ixtisas artırılma diplomunu əldə etmişdir

Karyerasına 2005-ci ildə Mərkəzi Bankda aparıcı hüquqşünas olaraq başlamışdır və 2017-ci ildə Hüquq departamentində şöbə rəisi vəzifəsində Mərkəzi Bankdan ayrılımışdır. 2017-2025-ci illərdə «Kapital Bank» ASC-nin Hüquq və komplayens departamentinin direktoru vəzifəsində işləmişdir. Hal-hazırda «KPMG Azərbaycan»-da Hüquq departamentinin direktor müavini olaraq çalışır.

2020-ci ildən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkildir.

Ailəlidir, 2 övladı var.

İxtisaslaşma sahələri və bacarıqları: Maliyyə hüququ, Bank hüququ, Kommersiya hüququ, AML, Qiymətli kağızlar, Korporativ İdarəetmə, Müqavilə və öhdəlik hüququ, İdarəetmə və Liderlik, Strateji baxış, Layihələrin idarəedilməsi, Komanda işi.

11 of 27

Fərahim Hüseynzadə

2011-2015-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin ingilis bölməsində bakalavr pilləsində, 2017-2019-cu illərdə Hökümətlərarası Təqaüd Proqramı çərçivəsində Çin Xalq Universitetinin «Biznes hüququ» ixtisası üzrə magistratura pilləsində, 2021-2025-ci illərdə isə Bakı Dövlət Universiteti Hüquq fakültəsində «Maliyyə hüququ» ixtisası üzrə doktorantura pilləsində təhsil almışdır. Hüquq elmləri üzrə fəlsəfə doktoru namizədidir.

Maliyyə Bazarlarına Nəzarət Palatasında, Azərbaycan Respublikasının Mərkəzi Bankında və Azərbaycan Respublikasının Nazirlər Kabinetində aparıcı hüquqşünas vəzifələrində çalışmışdır. Hazırda «Azərsilah» Müdafiə Sənayesi Holdinqi»ndə Baş direktorun müşaviri, eyni zamanda dövlətə məxsus «Zireh» Müdafiə Sənayesi Şirkətində Müşahidə Şurasının üzvüdür. Dövlət qulluğu müşaviri ixtisas dərəcəsinə sahibdir.

Eyni zamanda 2019-cu ildən indiyədək Bakı Dövlət Universiteti Hüquq fakültəsinin ingilis bölmələrində «Maliyyə hüququ», «İqtisadiyyatın hüquqi tənzimlənməsi» və «Kommersiya hüququ» fənlərini tədris edir.

2025-ci ildə "V Yüksəliş" müsabiqəsinin finalçısı olmuşdur. Xaricdə Təhsil üzrə Dövlət Proqramının hüquq və dövlət idarəetməsi ixtisasları üzrə ekspertidir. «Hangame» İntellektual Oyunlar Platformasının ideya müəllifi və həmtəsisçisidir. Çin, ispan, ingilis və rus dillərində danışır.

İxtisaslaşma sahələri: Maliyyə hüququ, Bank hüququ, Kommersiya hüququ, İqtisadiyyatın hüquqi tənzimlənməsi, Dövlət idarəetməsi, Strateji idarəetmə, Liderlik.

12 of 27

Həbib Teymurov

2008-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 2012-ci ildə oradan məzun olmuşdur.

Karyerasına “AGBank” ASC-də hüquqşünas olaraq başlamışdır. Sonradan “Rəvan Sığorta” ASC-də Hüquq Departamentinin rəhbəri, “Nurgün Qrup” şirkətində Hüquq Departamentinin rəhbəri, “Competo” MMC-də Hüquq, Komplayens və Sənəd Dövriyyəsi Departamentinin rəhbəri, “BİR” Ekosistemində Elektron Ticarət Biznesinə Hüquqi Dəstək Şöbəsinin müdiri, hal-hazırda isə “VLand Systems” şirkətində Hüquq Departamentinin direktoru olaraq çalışır.

Vəkillər Kollegiyasının üzvüdür.

Ailəlidir, 1 övladı var.

İxtisaslaşma sahələri: Müqavilə hüququ, Kommersiya hüququ, Korporativ hüquq, Sığorta hüququ, Korporativ İdarəetmə.

Əlaəq məlumatlar:

Mobil nömrə: +994503014441

E-poçt: h.teymurov@gmail.com

13 of 27

İlham Hüseynov

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hüquq təhsili almış (2006-2010), daha sonra isə beynəlxalq hüquq üzrə magistratura və doktorantura təhsilini tamamlamışdır. Qlobal hüquqi sistemlər, maliyyə və bank sahəsində beynəlxalq tənzimləmə üzrə ixtisaslaşmışdır. Qlobal standart sayılan Project Management Professional (PMP®) sertifikatına malikdir.

Karyerasına Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hüquqi təminat xidmətində zabit kimi başlamış, 2010–2012-ci illərdə hərbi hüquqşünas kimi xidmət etmişdir. 2012-ci ildən maliyyə sektoruna keçərək xarici investisiyalı "AccessBank" QSC-də hüquqşünas kimi çalışmışdır. 2014-cü ildən "PAŞA Bank" komandasına aparıcı hüquqşünas kimi qoşulmuş, müxtəlif vəzifələrdə fəaliyyət göstərdikdən sonra, 2021-ci ildə Hüquq şöbəsinin rəhbəri vəzifəsinə təyin olunmuşdur. 2025-ci ildən isə Bankın Hüquqi məsələlər departamentinin direktoru kimi fəaliyyətini davam etdirir.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür və Kollegiyanı dünyanın aparıcı hüquq platformalarından biri olan Beynəlxalq Hüquqşünaslar Assosiasiyasında (UIA) təmsil edir. Paralel olaraq ADA Universitetində "Maliyyə bazarları hüququ" fənnini tədris edir.

İxtisaslaşma sahələri: Maliyyə və bank hüququ, Qiymətli kağızlar bazarının tənzimlənməsi, Beynəlxalq arbitraj, Müqavilə münasibətləri, Layihə idarəedilməsi (PMP), Məhkəmə təcrübəsi.

14 of 27

Kəmalə Mehdiyeva

Kəmalə Mehdiyeva Fransanın Paris-Est Créteil Universitetinin hüquq professoru, Fransa dövlətinin özəl hüquq və cinayət elmləri üzrə aqreqasiya müsabiqəsinin qalibi, Paris Vəkillər Kollegiyasının üzvü, Beynəlxalq Ticarət Palatasının (ICC) Beynəlxalq Arbitraj Məhkəməsinin üzvü və Bakı Arbitraj Mərkəzinin İdarə Heyətinin sədridir.

Təhsilini Paris I Panthéon-Sorbonne Universitetində tamamlamış, həmin universitetdə hüquq üzrə doktorluq dərəcəsi almış və Fransa dövlətinin özəl hüquq və cinayət elmləri üzrə aqreqasiya (agrégation) müsabiqəsinin qalibi olmuşdur.

Karyerası ərzində Shearman & Sterling LLP hüquq bürolarında çalışmış, hazırda isə beynəlxalq arbitraj üzrə arbitr, vəkil və hüquqşünas alim kimi fəaliyyətini davam etdirir. Müxtəlif arbitraj institutlarının qaydaları əsasında kommersiya və investisiya arbitrajlarında arbitr və tərəf vəkili qismində iştirak etmiş, beynəlxalq enerji, investisiya, sanksiyalar və dövlətlə bağlı mübahisələr üzrə geniş təcrübə qazanmışdır. 

Beynəlxalq arbitraj və beynəlxalq mülki proses hüququ sahəsində çoxsaylı kitab və elmi məqalələrin müəllifidir, müxtəlif beynəlxalq elmi jurnalların redaksiya heyətlərində təmsil olunur və dünyanın aparıcı arbitraj forumlarında mütəmadi çıxış edir.

İxtisaslaşma sahələri: Beynəlxalq arbitraj, investisiya arbitrajı, beynəlxalq kommersiya hüququ, enerji mübahisələri, beynəlxalq mülki proses hüququ, sanksiyalar hüququ, arbitraj qərarlarının tanınması və icrası.

15 of 27

Kenan Yılmaz

1983-cü ildə İstanbul Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1984-cü ildə İstanbul Vəkillər Kollegiyasına üzv qəbul edilmişdir. ABŞ-ın Luiziana ştatının Nyu-Orlean şəhərində yerləşən Tulane Universitetinin Hüquq fakültəsində Beynəlxalq Kommersiya Əməliyyatları üzrə magistr (LL.M.) dərəcəsi almış, həmçinin Koç Universitetində İcraçı Biznesin İdarəedilməsi üzrə magistr (EMBA) proqramını bitirmişdir.

Peşəkar fəaliyyətinə 1989-cu ildə Koç Holding-də Hüquq müşaviri kimi başlamışdır. 2000–2006-cı illərdə Baş hüquq müşavirinin müavini, 2006–2021-ci illərdə isə Baş hüquq müşaviri vəzifələrində çalışmışdır. 2021-ci ilin əvvəlindən etibarən Koç Holding-də Hüquq və uyğunluq üzrə Baş inzibatçı vəzifəsində çalışır və eyni zamanda Uyğunluq Proqramına rəhbərlik edir. Kenan Yılmaz həmçinin Tofaş Türk Otomobil Fabrikası A.Ş. və Marmaris Altınyunus şirkətlərinin Direktorlar Şurasının üzvüdür. Bundan əlavə, Koç Qrupuna daxil olan bir sıra digər şirkətlərin Direktorlar Şurasının sədri və Direktorlar Şurasının üzvü kimi fəaliyyət göstərir.

Bununla yanaşı, cənab Yılmaz Türk Etik Dəyərlər Fondunun təsisçi üzvü, Türk Dəniz Arxeologiyası İnstitutunun (TINA) təsisçi üzvü və Direktorlar Şurasının sədr müavini, Koç Holding Pensiya və Yardım Fondu Fondunun Direktorlar Şurasının sədri, həmçinin Türkiyə Sənaye və İş Adamları Dərnəyinin (TÜSİAD) üzvüdür.

Əlaqə məlumatları:

Mobil nömrə: +90 216 531 06 20

E-poçt: kenany@koc.com.tr

16 of 27

Leyla Həsənova Şahingöz

2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. University of California, Berkeley Hüquq Məktəbində LL.M., ADA Universiteti və Maastricht School of Managementdə Executive MBA dərəcəsi əldə etmiş, 2026-cı ildə Harvard Business School-un “Rəhbərliyin İnkişafı” Proqramını (Program for Leadership Development) uğurla başa vurmuşdur.

15 ildən artıq hüquq təcrübəsinə malikdir. Karyerasına “Nobel Oil Ltd” şirkətində başlamış, daha sonra Aran Oil Operating Company Limited şirkətinin Azərbaycan filialında Hüquq Departamentinin rəhbəri vəzifəsində çalışmışdır. 2019-cu ildən NEQSOL Holding-in Korporotiv Hüquq və Birləşmə və Satınalmalar Departamentinin rəhbəridir.

Fəaliyyəti çərçivəsində telekommunikasiya, enerji, infrastruktur və texnologiya sahələrində beynəlxalq birləşmə və satınalmalar, birgə müəssisələr, investisiya strukturları, korporativ yenidən təşkil, maliyyələşdirmə əməliyyatları, korporativ idarəetmə və hüquqi risklərin idarə edilməsinə rəhbərlik edir.

Ailəlidir, 2 övladı var.

İxtisaslaşma sahələri: Korporativ hüquq, M&A, beynəlxalq investisiya hüququ, birgə müəssisələr, korporativ idarəetmə, maliyyələşdirmə və investisiya strukturları, müqavilə hüququ, sanksiya və tənzimləyici risklər, liderlik və komanda inkişafı.

17 of 27

Nicat İsmayılov�

2001–2005-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisası üzrə təhsili almışdır.

Hüquq sahəsində peşə fəaliyyətinə 2003-cü ildə "Ədalət" Hüquq Firmasında köməkçi hüquqşünas qismində başlamış, 2006–2010-cu illərdə həmin firmada hüquqşünas vəzifəsində çalışmışdır.

2010-cu ildən etibarən peşə fəaliyyətini əsasən telekommunikasiya və infrastruktur sektorunda davam etdirmişdir. "Nar (Azerfon)" şirkətində hüquqşünas (2010–2011), "Azerbaijan International Mineral Resources Operating Company Ltd." şirkətində müqavilə işi üzrə hüquq eksperti (2011), "AzerTelecom" şirkətində hüquq məsləhətçisi (2011–2012) vəzifələrində işləmişdir.

2012–2017-ci illərdə "Nar (Azerfon)" şirkətində tənzimləmə və dövlət qurumları ilə əlaqələr üzrə hüquq məsləhətçisi (2012–2014), sonra isə tənzimləmə məsələləri üzrə menecer (2014–2017) vəzifələrini icra etmişdir.

2017-ci ildən "Azerconnect Group" MMC-də Hüquq və tənzimləmə üzrə baş müdir vəzifəsində çalışır.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür və eyni zamanda, Vəkillər Kollegiyası yanında Kibercinayətkarlıq və Kibertəhlükəsizlik Komitəsinin üzvüdür. Ailəlidir, iki övladı var.

İxtisaslaşma sahələri: Telekommunikasiya və elektron kommunikasiyalar hüququ, korporativ hüquq, korporativ idarəetmə, rəqabət hüququ, inzibati hüquq, əmək hüququ, müqavilə və öhdəlik hüququ, birləşmə və satınalmalar (M&A), uyğunluq (Compliance), dövlət orqanları ilə münasibətlərin tənzimlənməsi, fərdi məlumatların mühafizəsi və məxfilik, kibercinayətkarlıq və kibertəhlükəsizlik hüququ, sənəd dövriyyəsinin təşkili və hüquqi təminatı, telekommunikasiya üzrə qanunvericilik layihələrinin hazırlanması və hüquqi ekspertizası

Əlaqə məlumatları:�Mobil nömrə: +994 55 210 66 00�E-poçt: naismayilov@gmail.com

18 of 27

Orxan Səfərov

Bakı Dövlət Universitetində hüquqşünaslıq üzrə bakalavr, Çikaqo-Kent Hüquq kollecində beynəlxalq maliyyə və vergi hüququ üzrə magistr təhsili almışdır. 2015–2024-ci illərdə bir sıra şirkətlərdə hüquqşünas kimi müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. O, 2023-cü ilin noyabr ayından 2024-cü ilin avqust ayına kimi ölkənin ən böyük pərakəndə və logistika şəbəkələrindən biri olan “Veysəloğlu Şirkətlər Qrupu”nda Korporativ Hüquq Departamentinin direktoru vəzifəsində çalışmışdır. Həmçinin bir müddət "Gapgo Market" şirkətinin Müşahidə Şurasının üzvü qismində fəaliyyət göstərmişdir. Orxan Səfərov 2024–2025-ci illərdə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-də Baş İcraçı Direktorun müşaviri olmuş, 2025-ci ildən etibarən isə Hüquq və Komplayens Departamentinin direktorudur. O, eyni zamanda Azərbaycan Kapital Bazarları Assosiasiyasında Hüquq komitəsinin sədri kimi fəaliyyət göstərir və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

İxtisaslaşma sahələri: Hüquq və Komplayens tənzimlənməsi, Korporativ idarəetmə (Corporate Governance), Kapital bazarları və qiymətli kağızlar hüququ, Risk menecment, Müqavilə strukturlarının optimallaşdırılması.

19 of 27

Səbuhi Göyüşov

2011-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin ingilis bölməsinə daxil olmuş və 2015-ci ildə oradan məzun olmuşdur. 2020-2022-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "MBA in Finance" üzrə magistr dərəcəsi əldə etmişdir. 2021-2022-ci illər arasında Duke Universitetinin Korn Ferry ilə birgə keçirdiyi "Adaptive Strategy Execution Program"ını bitirmişdir.

Karyerasına “PAŞA Həyat Sığorta” şirkətində təcrübəçi ola başlamışdır. Hal-hazırda da həmin şirkətdə Hüquq, Müştəri Əməliyyatları və Sığorta hadisələri departamentinin direktoru olaraq çalışır.

2024-cü ildə "IV Yüksəliş" müsabiqəsinin qalibi olmuşdur. "PAŞA Holdinq" çərçivəsində keçirilən "Leading lights" proqramının məzunudur. Azərbaycan Sığortaçılar Assosiasiyası Hüquq Ekspert Qrupunun üzvüdür.

Ailəlidir, 1 övladı var.

İxtisaslaşma sahələri: Maliyyə hüququ, Sığorta hüququ, Korporativ İdarəetmə, Katiblik işinin təşkili, Müqavilə və öhdəlik hüququ, Liderlik, Komanda işi.

20 of 27

Sərxan Poladov

1999-2002-ci illərdə İqtisad Universiteti nəzdində Bakı Maliyyə və Uçot Kollecinin "Maliyyə va vergi hüququ" fakultəsində, 2002-2006-cl illərdə Bakı Dövlət Universitetinin "Hüquq" fakultəsində təhsil almışdır. 2023-cü ildə Bogaziçi Universitetinin "Leadership Academy of Business« MBA proqramını bitirmişdir.

Əmək fəaliyyəti dövlət va özəl sektoru əhatə edir. 2009-2018-ci illərdə Bakı şəhəri Nərimanov rayon məhkəməsində Böyük məsləhətçi vəzifəsində çalışmışdır. 2-ci dərəcə Dövlət qulluqçusudur.

�2020-ci ildən etibarən PAŞA Sığorta ASC-də Hüquq departamenti direktoru vəzifəsində çalışıb. Departament direktoru kimi Korporativ hüquq, Subroqasiya, Korporativ katiblik, Məhkəmə və ıcra istiqamətlərinə rəhbərlik edir. Bir sira yerli və beynəlxalq təlimlərdə iştirak etmiş, həm sığorta, həm də idarəetmə bacarıqları istiqamətində ixtisaslaşmişdır. 2018-ci ildən Vəkillər Kollegiyasinin�üzvüdür. Vəkil kimi cinayət, mülki və inzibati işlər üzrə ixtisaslaşmışdır. Ailəlidir. 3 övladı var.

21 of 27

Seymur Niftaliyev

2009-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavr, 2011-ci ildə Birləşmiş Krallığın City University London-da Beynəlxalq Kommersiya Hüququ üzrə magistr dərəcəsini almışdır.

Karyerasına 2012-ci ildə KPMG-də hüquqşünas olaraq başlamışdır. 2016-cı ildə Hüquq departamentində Menecer vəzifəsində təyin edilmiş, 2022-ci ildə isə Hüquq Departamentin rəhbəri vəzifəsinə təyin edilmişdir. Hal-hazırda KPMG Law Azərbaycan və KPMG Law Özbəkistanda Hüquq departamentlərinin direktoru olaraq çalışır.

2021-ci ildən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkildir.

Ailəlidir, 2 övladı var.

İxtisaslaşma sahələri və bacarıqları: Kommersiya hüququ, Təmərküzləşmə, Korporativ hüququ, Müqavilə və öhdəlik hüququ, İdarəetmə və Liderlik, Strateji baxış, Layihələrin idarəedilməsi, Komanda işi.

22 of 27

Şahlar Məmmədov

2006–2010-cu illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavr, daha sonra Mülki və təsərrüfat hüququ üzrə magistr təhsili almış, magistratura təhsilini Belçikanın Gent Universitetində Beynəlxalq Biznes Hüququ ixtisası üzrə davam etdirmişdir.

Hüquq sahəsində 15 ilə yaxın peşəkar təcrübəyə malikdir. Əmək fəaliyyətinə Bakı Apellyasiya Məhkəməsində başlamış, daha sonra Azərkosmos, Xalq Bank və KPMG Azərbaycan ofisində çalışmışdır. KPMG-də korporativ hüquq, müqavilə hüququ, kommersiya mübahisələri və iri investisiya layihələrinin Azərbaycan və ingilis hüququ əsasında hüquqi müşayiəti üzrə ixtisaslaşmış, COP29 Azərbaycan Əməliyyat Şirkətinə göstərilən hüquqi xidmətlərə rəhbərlik etmişdir.

Hazırda Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) Korporativ hüquq və müqavilələrin idarəedilməsi şöbəsinin müdiri vəzifəsində çalışır. Bu vəzifədə dövlət müəssisələrinə korporativ və kommersiya hüququ xarakterli dəstəyin göstərilməsi və müqavilələrin idarə olunması istiqamətində fəaliyyət göstərir.

Eyni zamanda ADA Universitetinin Hüquq Məktəbində Praktiki Təcrübə üzrə professor kimi fəaliyyət göstərir.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və İngiltərə və Uels Hüquq Cəmiyyətinin üzvü (solicitor) statusuna malikdir.

IV "Yüksəliş" müsabiqəsinin qaliblərindəndir.

İxtisaslaşma sahələri: Korporativ hüquq (korporativ idarəetmə, şirkətlərin birləşmə və satınalmaları), dövlət-özəl maliyyə tərəfdaşlığı (PPP), kommersiya hüququ

23 of 27

Şirin Əliyeva

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr, İspaniyanın İE Universitetində Biznes analitikası və Data üzrə magistr təhsili almışdır. Harvard Biznes Məktəbi (Harvard Business School), London Biznes Məktəbi (London Business School), IE Biznes Məktəbi (IE Business School) və Duke Universiteti kimi dünyanın nüfuzlu təhsil müəssisələrinin rəhbər kadrlar üçün xüsusi inkişaf və biznes analitikası proqramlarının məzunudur.

Hüquq strategiyası, korporativ idarəetmə, etika, komplayens və rəqəmsal innovasiyalar sahəsində 20 ildən artıq zəngin rəhbərlik təcrübəsinə malikdir. O, 2011–2018-ci illərdə "PAŞA Bank" ASC-də hüquq sahəsi üzrə müxtəlif rəhbər vəzifələrdə çalışmış, bankdakı son 3 illik fəaliyyəti dövründə isə İdarə Heyətinin üzvü olmuşdur. Daha sonra "PAŞA Investments" şirkətində Baş Hüquq Məsləhətçisi (2018–2021) və "Sumqayıt Texnologiyalar Parkı"nda (STP) Müşahidə Şurasının üzvü (2019–2021) qismində fəaliyyət göstərmişdir. Hazırda "Azercell Telekom" MMC-nin Baş Hüquq və Data Strategiyası İnzibatçısıdır (Chief Legal and Data Strategy Officer).

Böyük korporativ idarəetmə təcrübəsinə əsasən, "PAŞA Bank" ASC-nin Müşahidə Şurasının müstəqil üzvü seçilmişdir. Eyni zamanda, "Azercell"in Dayanıqlı İnkişaf təşəbbüslərinə liderlik edərək şirkətin qlobal standartlara uyğun ilk ESG (Ətraf mühit, Sosial və İdarəetmə) hesabatının nəşrinə rəhbərlik etmişdir. O, telekommunikasiya sektorunda süni intellekt (AI) imkanlarının və qabaqcıl data analitikasının inkişaf etdirilməsi proseslərini idarə edir.

İxtisaslaşma sahələri: Hüquq strategiyası, Korporativ idarəetmə, Etika və Komplayens, ESG və Dayanıqlı inkişaf, Data strategiyası və Süni intellekt (AI) tənzimlənməsi, Rəqəmsal innovasiyalar.

24 of 27

Toğrul Quluzadə

Toğrul Nurəddin oğlu Quluzadə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr təhsili almışdır. Riqa Ali Hüquq Məktəbində Beynəlxalq kommersiya hüququ, Belçikanın Gent Universitetində isə Beynəlxalq və Avropa İttifaqı biznes hüququ üzrə magistratura pilləsini tamamlamışdır. Niderland Krallığının Leyden Universitetində Korporativ hüquq, Beynəlxalq investisiya hüququ və Arbitraj hüququ sahəsində doktorluq dissertasiyasını müdafiə edərək hüquq elmləri doktoru (PhD) elmi dərəcəsinə yiyələnmişdir.

Peşəkar fəaliyyəti dövründə "BHM Hüquq Şirkəti" və "Bakı Şəhər Halqası" (Formula 1) şirkətlərində hüquq meneceri, “Aqrar Təchizat və Tədarük” ASC və “Azərbaycan Sənaye Korporasiyası” ASC-də Hüquq departamentinin direktoru vəzifələrində çalışmışdır. Həmçinin BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasında (UNCITRAL) hüquqşünas tədqiqatçı kimi fəaliyyət göstərmişdir.

Hazırda Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) Baş Hüquq İnzibatçısı – Hüquq departamentinin direktorudur. Bununla yanaşı, "Bakı Metropoliteni" QSC və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Müşahidə Şuralarının üzvü təyin edilmişdir.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. Həmçinin, London Beynəlxalq Arbitraj Məhkəməsi (LCIA), Vyana Beynəlxalq Arbitraj Mərkəzi (VIAC) və Riqa Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin (RICAC) arbitri qismində çıxış edir.

Paralel olaraq akademik fəaliyyətlə məşğul olur: ADA Universiteti və Leyden Universitetində müəllim kimi fəaliyyət göstərir.

İxtisaslaşma sahələri: Korporativ hüquq, Beynəlxalq xüsusi hüquq, Beynəlxalq investisiya hüququ, Arbitraj hüququ, Beynəlxalq ticarət və biznes hüququ, Kommersiya hüququ .

4

25 of 27

Ülviyyə Zeynalova-Boçkin

2006-cı ildə Xəzər Universitetinin Hüquq fakültəsində Hüquq üzrə bakalavr dərəcəsini fərqlənmə ilə əldə etmişdir. 2009-cu ildə ABŞ-ın Corctaun Universitetinin Hüquq Mərkəzində qiymətli kağızlar və maliyyə tənzimlənməsi ixtisaslaşması üzrə Hüquq üzrə magistr (LL.M.) dərəcəsi almışdır. 2022-ci ildə Hüquq üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür.

ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyasının Vaşinqton şəhərində yerləşən qərargahında, Salans şirkətinin Nyu-York, habelə Dentons şirkətinin Sinqapur idarələrində zəngin iş təcrübəsinə malikdir. O, 2010-cu ilin yanvar ayından etibarən, Nyu-York ştatının vəkillər kollegiyasının həqiqi üzvüdür və 2018-ci ilin sentyabr ayından 2021-ci ilin sentyabr ayınadək isə Sinqapur vəkillər kollegiyasının xarici hüquqşünas qismində müxbir üzvü olmuşdur.

2009-ci ildən Dentons (əvvəlki adı Salans) şirkətinin Bakı idarəsi Hüquqşünas vəzifəsində çalışmağa başlamış, 2015-ci ildən etibarən Böyük Hüquqşünas, 2017-ci ildən etibarən Hüquqi Müşavir, 2020-ci ildən etibarən Ortaq, 2022-ci ildən etibarən isə Ortaq və İdarəedici Məsul Şəxs və nəhayət 2024-cü ildən etibarən İdarəedici Ortaq vəzifələrində çalışıb və çalışır.

2016-cı ildən etibarən ardıcıl olaraq The Legal 500, Chambers & Partners və IFLR1000 adlı beynəlxalq nəşrlər tərəfindən Azərbaycandan olan aparıcı hüquqşünas reytinqinə layıq görülmüşdür. Onun ən son reytinqlərinə IFLR1000 tərəfindən Azərbaycanda Bank-Maliyyə və M&A sahələri üzrə Market Leader, Chambers & Partners tərəfindən Azərbaycanda General Business Law sahəsi üzrə Band 1 və The Legal 500 EMEA tərəfindən Leading Partner kimi tanınması daxildir. O, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq hüquq firmaları arasında ilk qadın ortağıdır və IFLR1000 nəşrinin 2021-ci ildən etibarən hər il Hüquqda Qadın Liderləri sırasına daxil edilmişdir. Peşəkar həyatında əldə etdiyi uğurlar arasında, IFLR - International Financial Law Review tərəfindən təqdim edilən Women in Business Law Awards EMEA 2024 nüfuzlu mükafatının Bank və Maliyyə Hüququ üzrə İlin Hüquqşünası kateqoriyasında finalçılar sırasına daxil edilməsi xüsusi bir yerdə durur.

İxtisaslaşma sahələri və bacarıqları: Bank və maliyyə hüququ, tənzimlənən subyektlərin birləşmə və satınalmalar korporativ hüquq, layihələrin maliyyələşdirilməsi və ümumi kommersiya hüququ məsələləri.

26 of 27

Xaqani Məmmədov

2005-2009-cu illərdə Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər fakültəsində Beynəlxalq hüquq ixtisası üzrə bakalavr, 2010-2012-ci illərdə isə magistratura təhsili almışdır. 2013-2016-cı illərdə BDU-da Beynəlxalq hüquq və İnsan hüquqları ixtisası üzrə doktorantura təhsil almışdır və 2018-ci ildə Hüquq üzrə Fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnmişdir.

Karyerasına 2007-ci ildə “İnsan hüquqları XXI əsr - Azərbaycan” fondunda ekspert-hüquqşünas kimi başlamışdır. 2016-2020-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində müəllim olaraq fəaliyyət göstərmişdir. 2012-ci ildən “PAŞA Holding” MMC-də fəaliyyətə başlayaraq Hüquq departamentində hüquqşünas köməkçisi, mütəxəssis, hüquqşünas və Baş hüquqşünas kimi vəzifələrdə işləmişdir və hazırda həmin şirkətdə Xüsusi Layihələr üzrə Menecer vəzifəsində fəaliyyətini davam etdirir. Eyni zamanda, 2023-2026-cı illərdə “PAŞA Management Company” MMC-nin Hüquq funksiyasında Baş hüquqşünas vəzifəsini icra etmişdir. Əlavə olaraq, «Caucasus Ventures MMC» kommandit ortaqlığında və bir sıra şirkətlərdə hüquqi məsələlər və korporativ idarəetmə üzrə məsləhətçi kimi fəaliyyət göstərir.

2007-ci ildən Rusiya Beynəlxalq Hüquq Assosiasiyasının və 2011-ci ildən AIESEC təşkilatının üzvüdür. İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatında və Litvanın "İNFOLEX" hüquq şirkətində təcrübə proqramları keçmişdir. Londonda "Müqavilə hüququ", Sinqapurda isə "Müqavilə və Danışıqlar" mövzularında Euromoney Legal Training tərəfindən təşkil olunmuş proqramları bitirərək sertifikatlar əldə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən bir neçə layihədə rəhbər və hüquqşünas kimi iştirak etmişdir. İnsan hüquqları, milli azlıqların hüquqları və beynəlxalq hüquq sahələrini əhatə edən 17 fərqli kitab və elmi məqalənin müəllifidir.

İxtisaslaşma sahələri: Maliyyə hüququ, korporativ hüquq, kommersiya hüququ, müqavilə və öhdəlik hüququ, bank hüququ, Beynəlxalq Ümumi Hüquq və İnsan Hüquqları, Avropa hüququ, korporativ idarəetmə.

27 of 27

Zaur Məmmədli

2009-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, 2022-2024-ci illərdə Böyük Britaniyanın Salford Universitetində Beynəlxalq kommersiya hüququ ixtisası üzrə magistratura təhsili alıb. Hal-hazırda təhsilini Bakı Ali Neft Məktəbində Maliyyə üzrə Biznesin idarə edilməsi (MBA in Finance) ixtisası üzrə ikinci magistratura pilləsində davam etdirir.

“Bir Ekosistemi”ndə Hüquq departamentinin direktor müavini vəzifəsində çalışır.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkildir. Azərbaycan Banklar Assosiasiyasının Hüquq Ekspert Qrupunun üzvü, “V Yüksəliş” müsabiqəsinin finalçısıdır. Ailəlidir, 3 övladı var.

���İxtisaslaşma sahələri: Bank hüququ, mübahisələrin həlli, korporativ hüquq, məlumatların mühafizəsi və informasiya texnologiyaları hüququ, strateji və analitik düşüncə, adaptiv liderlik.

��Əlaqə məlumatları:�Mobil nömrə: +994502586464�E-poçt: zaur.mammadli@kapitalbank.az

����