AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ
Fakültə: Energetika və avtomatika
Kafedra: Enerji effektivliyi və yaşıl enerji texnologiyaları
“ENERGETİK MATERİALLAR”
fənni
b.m. Müslümov Ə.H.
№ | Tarix | Proqramın mövzuları | Mühazirə dərslərində tədris olunan mövzuların� məzmunu | Ədəbiy-yat | Audito-riya saatları | TSİ |
I Semestr | ||||||
1 | 15.09.23 | 1. Materialların xassələri və işləmə şəraitləri | 1.1. Materialların təsnifatı və energetik qurğularda işləmə şəraitləri. Metalların kristallik quruluşu. Kristallik cisimlərin quruluş qüsurları | [1-4] | 2 | 1 |
2 | 22.09.23 |
| 1.2. Metal və ərintilərin xassələri və onların təyini. Metal və ərintilərin kimyəvi-termiki emalı. Metalların sürünməsi və dağılması | [1-4] | 2 | 1 |
3 | 29.09.23 |
| 1.3. Metalların deformasiyası. Elastik və plastik deformasiya | [1-4] | 2 | 1 |
4 | 06.10.23 |
| 1.4. Qızmanın deformasiya olunmuş metal strukturuna və xassələrinə təsiri. Metal ərintilərinin hal diaqramları | [1-4] | 2 | 1 |
5 | 13.10.23 | 2. İstilik energetik qurğuların avadanlığının hazırlanması üçün istifadə olunan metallar | 2.1. Dəmir və dəmir əsaslı ərintilərin təsnifatı və xassələri | [1-4] | 2 | 1 |
6 | 20.10.23 |
| 2.2. Buxar və su yollarının möhkəmlik xarakteristikası və onların iş şəraitinin təhlili. Metalların uzun müddətli möhkəmliyi | [1-4] | 2 | 1 |
7 | 27.10.23 |
| 2.3. Metalların yorğunluğu və kövrəkliyi | [1-4] | 2 | 1 |
8 | 02.11.23 |
| 2.4. Qazanların barabanlarının hazırlanması üçün istifadə olunan metallar | [2-4] | 2 | 1 |
9 | 09.11.23 | 3. Korroziyaya və odadavamlı polad və ərintilər. İzolyasiya və kipləşdirici materialların təsnifatı | 3.1. Energetik qurğularda istifadə olunan karbonlu poladlar. Legirləyici elementlər və onların poladın tərkibində rolu Termodinamik sistemin ətraf mühitlə əlaqəsi zamanı tarazlıq şərtləri | [1-4] | 2 | 1 |
10 | 16.11.23 |
| 3.2. Qızma səthlərinin boruları və buxar kəmərləri üçün poladlar. Legirlənmiş poladların təsnifatı və markalanması | [1-4] | 2 | 1 |
11 | 23.11.23 |
| 3.3. İEQ-da istifadə olunan poladların korroziyası. Korroziyaya davamlı polad və ərintiləri. İstismar zamanı istilik energetik qurğularının metallarında yaranan zədələnmələr | [1-4] | 2 | 1 |
12 | 30.11.23 |
| 3.4. Odadavamlı polad və ərintilər. Çuqunların təsnifatı və tətbiqi İzolyasiya materiallarının təsnifatı. Energetik qurğularda istifadə olunan izolyasiya materiallarının təsnifatı | [1-4] | 2 | 1 |
13 | 07.12.23 |
| 3.5. Neft yağlarının əsas fiziki-kimyəvi xassələri. Konsistent sürtkülərin təsnifatı | [4,5] | 2 | 1 |
14 | 14.12.23 | 4. Qeyri və əlvan metallar | 4.1. Qeyri metallar. Plastik və rezin kütlələrin tərkibi və təsnifatı | [1-3] | 2 | 1 |
15 | 21.12.23 |
| 4.2. Əlvan metallar və onların ərintilərinin tətbiqi | [1-3] | 2 | 1 |
Cəmi: |
| 30 | 15 | |||
Mühazirə 12
ODADAVAMLI POLAD VƏ ƏRİNTİLƏR
Odadavamlı – yüksək temperatura və aqressiv mühitə dözümlü materiallara deyilir.
Bir neçə təsnifat mövcuddur ki, onlara görə odadavamlı materiallar xassə və tərkibindən asılı olaraq qruplara bölünür. Alınma üsuluna görə 2 əsas qrup mövcuddur: bişirilmə və əridilmə.
Odadavamlı keramika məmulatları bir qayda olaraq gildən və başqa silikatlardan hazırlanır.
Verilmiş xarakteristikalara görə keramik məmulatların istifadə sahəsi genişdir:
Qazan qurğularının ocaqlarının tikilməsində vərəq şəklində odadavamlı materiallardan istifadə olunur.
Bunlara azbest və poladlar aiddir. Azbestdən odadavamlı divarların tikilməsində istifadə olunur, üzərindən isə vərəq poladlar çəkilir.
Beləliklə həm də yanğının qarşısını almaq mümkündür.
Odadavamlı kərpic adi kərpicdən bahadır, bu səbəbdən onlar ancaq açıq odla təmasda olan yerlərdə istifadə olunur.
Odadavamlı kərpicin istilik-ötürmə xüsusiyyəti aşağıdır.
Odadavamlı şüşə - xüsusi tablanmış şüşələrdir.
Termodayanıqlı şüşələr yüksək temperaturla yanaşı kəskin temperaturlar fərqinə dözümlüdür.
Qarşıdurma xüsusiyyətlərinə görə aşağıdakı siniflərə bölünür:
Odadavamlı şüşələrdən qazan qurğularının ekran borularının hazırlanmasında istifadə olunur
Yüksək temperaturda müəyyən zaman ərzində gərginlik altında işləyə bilən və eyni zamanda kifayət qədər qəlpəyə davamlılığı olan polad və ərintilərə odadavamlı polad və ərintilər deyilir.
Odadavamlı polad və ərintiləri yüksək temperaturda işləyən qazanların, qaz turbinlərinin, reaktiv mühərriklərin, raketlərin və s. bir çox detallarını hazırlamaq üçün tətbiq edirlər.
Xromlu poladların yüksək istilik dayanıqlılığı Cr təsiri
Metalın yüksək istiliyə dayanıqlılığını artırmaq üçün tərkibinə, hiqrogenlə birlikdə sıx kristallik qəfəs yaradan elementlər (xrom, silisium, alüminium) daxil olunur.
Yüksək istiliyə möhkəm polad və ərintilər – yüksək temperaturlarda metalın plastik deformasiyaya və dağılmaya müqavimət göstərmə qabiliyyəti olanlardır.
Yüksək istiliyə möhkəm (odadavamlı) materiallardan yüksək temperaturlarda və sürünmə hadisəsi baş verə biləcək şəraitlərdə işləyən detalların hazırlanmasında istifadə olunur. Yüksək istiliyə möhkəmliyin qiymətləndirmə kriteriyaları qisa və uzun müddətli möhkəmlik və sürünmədir.
Odadavamlı müasir metallar
Perlitli, martensitli, austenitli poladlar
Nikelli və kobaltli ərintilər
Gec əriyən metallar
3000C-dək adi konstruktiv poladlardan istifadə etmək olar, çünki bu temperaturlaradək onlar yüksək möhkəmliyə malikdir yüksək legirlənmiş poladlardan istifadəyə ehtiyac qalmır.
300...5000C temperatur intervalında perlit, ferrit və martensit sinfinə aid legirlənmiş poladlardan istifadə etmək məqsədə uyğundur.
Perlitli yüksək istiliyə möhkəm (odadavamlı) poladlar.
Bu qrupa qazan qurğularının poladları və yüksək xromlu poladlar aiddir.
Bu poladlardan
Rekristallaşma temperaturunu artırmaq üçün xromla, molibdenlə və vanadiumla legirlənmə tətbiq olunur (12X1MФ, 20Х3МФ).
Bunların tablanması bəzən normallaşdırma ilə əvəz olunur. Nəticədə austenitli məhsul alınır ki, bu da daha yüksək istiliyə dözümlülüyü təmin edir.
Belə metallarda 10...100 min saat iş müddəti ərzində sürünmə həddi 1% təşkil edir.
Perlit poladları yüksək qaynaq olma qabiliyyətinə malikdir olduğundan bunlardan buxar qazanlarının boru kəmərləri istehsal olunur.
Bu poladlar iki qrupa bölünür:
1) əsası nikel, legirləyici elementi xrom – odadavamlılığı yüksək deyil, az yüklü, oksidləşdirici mühitdə işləyən detallar hazırlanır;
2) əsasını dörd ərinti təşkil edir: nikel-xrom (~20%)-titan (~2%)-alüminium (~1%).
900...25000C-dək temperature-larda işləyə bilən ərintilər gec əriyən metallar əsaslıdır – volfram, molibden, niobium, xrom.
Çuqunların təsnifatı və tətbiqi
ÇUQUN – dəmir ərintisidir (Fe>90%) karbon (C=2,14...6,67 %).
Çuqunun tərkibində karbon qrafit (C) və ya sementit (Fe2C) şəklində olur. Çuqunların markalanması da hərf və rəqəmlə aparılır.
Poladın (a-b) və ağ çuqunun (г-е) mikrostrukturu.
Bərkliyin Brinelə görə
təyin olunması
Bərpa olunan izə görə:
Bərpa olunmayan:
İzin diametri 0,24·D-dan 0,6·D həddində olur.
burada
D – kürənin diametridir,mm;
F – tətbiq olunan yük,
H; d – izin diametridir, mm;
h –kürənin izinin dərinliyidir, mm.
600HB10/3000/20
Çuqunların da legirlənməsində poladlarda olduğu kimi legirləyici elementlərdən istifadə olunur. Tərkibində Si>4%, Mn>2% olan çuqunlar legirlənmiş çuqunlardır.
Legirlənmə dərəcəsinə görə bölünürlər:
Kimyəvi tərkibinə görə legirlənmiş çuqunlar:
İstismar şəraitlərinə görə:
Bu metalların tərkibində silisium, manqan, fosfor və kükürd qarışıqları mövcuddur.
Xüsusi xassəli çuqunların xrom, nikel, mis, molibden kimi elementlərlə legirlənməsi vacibdir.
Çuqundan əsasən tökmə materialların hazırlanmasında istifadə olunur. Bunlar kəsmə ilə daha yaxşı emal olunma qabiliyyətinə malikdir, qay-naq olunma qabiliyyəti çox aşağıdır.
Çuqunların tərkibindəki karbona görə təsnifatı:
Tərkibində olan karbonun çox hissəsi və ya hamısı lopa şəkilli qrafitdən ibarətdir.
Töküklər 950...10000C-də 15-20 saat ərzində sobada saxlanılır.
Bu çuqunlarda
Çuqunlar strukturuna görə aşağıdakılara bölünür:
Çuqunun strukturuna görə təsnifatı
1 2 3 4
Kimyəvi tərkibinə görə legirlənməmiş, legirlənmiş-xüsusi təyinatlı olurlar.
Çuqunlar yüksək dempferlənmək xüsusiyyətinə malikdir və bu qrafitin hesabına baş verir.
Qrafit metalın yeyilməyə dayanıqlığını artırır, çünki tərkibində sürtkü materialı mövcuddur.
Çuqunlar poladlardan fərqlənir: əsasən tərkibinə görə - karbonun miqdarının və qatqıların daha çox olması ilə; texnoloji xassələrinə görə - tökmə xüsusiyyəti çox yüksək olması, plastik deformasiya qabiliyyətinin kiçik olması, qaynaq olunan konstruksiyalarda praktiki olaraq istifadə olunmaması ilə.
Karbonlu dəmir ərintilərində qrafitin yaranma prosesi qrafitləşdirmə adlanır.
Qrafit – karbonun polimorf modifikasiyasıdır.
Çuqunda qrafitin yaranmasının 2 yolu mövcuddur:
Çuqunun tərkibində qrafitin olmasının müsbət cəhətləri:
Yüksək istiliyə dayanıqlılıq
Ağ və ya boz çuqunun yüksək istiliyə dayanıqlılığını Al, Si, Gr legirləməklə əldə etmək olar.
Yüksək istiliyə dayanıqlı çuqunların markalanması “ЖЧ» ЖЧЮ7Х2 – yüksək istiliyə davamlı Al-7%, Cr-2%.
Yüksək istiliyə möhkəmlilik
Bu xüsusiyyətə ağ və ya boz çuqunun Ni, Gr, Cu və Mo-lə legirlənməsi ilə nail olunur. «Ч» hərfi ilə markalanır, rəqəmlər legirləyici elementlərin miqdarıdır, %. ЧН15Д7 – yüksək istiliyə möhkəm, Ni – 15%, Cu – 7%; ЧН11Г7Ш - yüksək istiliyə möhkəm, Ni – 11%, Mn – 7%, Ш –kürəvi qrafit.
Antisürtünmə (antifriksiya) xassəli çuqunlar – boz, döyülən və ya yüksək möhkəmliyə malik ola bilər.
Bunlar perlit, hətta perlit-ferrit strukturuna malikdir və perlitin miqdarı 85%-dən yüksəkdir. İstifadə sahəsi – sürtünmə düyünləri, dişli çarxlar, silindrlər, qatarlar, porşenlər, yastıqlar hazırlanır.