1 of 18

BALAKƏN RAYON QULLAR KƏND 3 SAYLI ÜMUMİ ORTA MƏKTƏB

Müəllim:İsayeva Pərvanə

2 of 18

Sinif:VII

Fənn:Fizika

Mövzu: GÜC

3 of 18

Standartlar

1.1.3-Mexaniki hərəkəti əlamətlərinə görə şərh edir.

3.1.2-Mexaniki hadisələrə uyğun fiziki kəmiyyətləri

ölçür,hesablamalar aparır.

Dərsin məqsədi

  • Mexaniki işin dəyişmə yeyinliyini roluna dair sadə misallar göstərir.�
  • Mexaniki gücün BS də vahidini göstərir və onu

əsas vahidlərlə ifadə edir.

4 of 18

İnteqrasiya:C-1.2.2, Riy-1.3.1, C-2.1.4, 1.2.1

İş forması: Kollektiv və qruplarla iş

İş üsulu: Müzakirə, Beyin həmləsi�Resurs: Dərslik,təbaşir, İş vərəqləri,kompyuter,proyektor,hissə testi

5 of 18

Motivasiya

6 of 18

Dərsin bu mərhələsində mövzuyla əlaqədar olaraq şagirdlər arasında “Kim güclüdür?” adı ilə 2-3 dəqiqəlik “qol güləşi” oyununu keçirirəm.Bununlada şagirdlər dərsimizin güc ilə əlaqəli olduğunu müəyyən edirlər.

7 of 18

Tədqiqat sualı: Güc nədir və Bs-də vahidi nə qəbul olunmuşdur?

8 of 18

Tədqiqatın aparılmasi:Şagirdləri 2 qrupa bölürəm.Qrup işlərinin icrasına dair şagirdləri təlimatlandırırıram.Onlara qrup işlərinin qiymətləndirmə meyarlarını elan edirəm.Sonra hər qrupa əvvəlcədən hazırlanmış iş vərəqlərinipaylayıram.Verilmiş vaxt ərzində qrup işlərinin icrasını tapşırıram.

İŞ qrupu

GÜC qrupu

9 of 18

I qrup: İŞ

1)30 saniyədə 150C iş görən maşının gücünü hesablayın.

2)Gücü 2500Vt olan mühərrkin 50 saniyədə gördüyü işi hesablayın.

10 of 18

II qrup: Güc

  1. 25 saniyədə 100C iş görən maşının gücünü hesablayın.
  2. Gücü 1500Vt olan mühərrikin 10 saniyədə gördüyü işi hesablayın.

11 of 18

İnformasiya mübadiləsi:

Ayrılmış vaxt ərzində tapşırıqların icrası yerinə yetirildikdən sonra hər qrup nümayəndəsi qrup işlərini təqdim edir.Onların qrup işlərinin nəticələri lövhədən asılır.

İnformasiya müzakirəsi:

Qrup liderlərinin cavabları dinlənilir,müzakirə edilir.Bu zaman aşağıdakı suallardan istifadə edilir:

1)Üç dənə eyni çəkili yüklər götürək.Eyni vaxtda hər üç yükü qaldırdıqda daha çox iş görmüş olarıq yoxsa ayrı-ayrı qaldırdıqda?

2)Bu yüklərin hər birini ayrı-ayrı qaldırdıqda daha çox vaxt sərf etmiş olarıq yoxsa birlikdə qaldırdıqda?

12 of 18

NƏTİCƏ:

Nə öyrəndik?

Gücün görülən işin bu işin görülməsinə sərf olunan zamana nisbəti olduğunu və vahidinin Vatt qəbul olunduğunu öyrəndik.

13 of 18

    • Güc

    • Vahidi:Vt=C/san

    • Düsturu:N=A/t

14 of 18

Əlavə məlumat.

Traktorun və ya maşının gücünü göstərmək üçün «at gücü» ifadəsindən istifadə edirlər. Bu sözü artıq çoxumuz eşitmişik, ancaq onun haradan gəldiyini çoxumuz bilmirik. Lap qədimlərdə, hələ maşınların səsinin -sorağının olmadığı vaxtlarda insanların yeganə köməkçisi atlar idilər. Atlar insan aparır, yer şumlayır, yük daşıyırdılar. Belə çıxırdı ki, insana tək «at gücü» kömək edir. Nə vaxt ki, maşınlar «işıq üzü gördülər», onlar bir atdan qat-qat çox iş görməyə başladılar. Dünyada hər şeyin bir ölçü vahidi var: vaxt — saniyə, dəqiqə və saatlarla, kütlə — milliqram, qram və kiloqramla, məsafə — santimetr, metr və kilometrlərlə və s. hesablanır. Beləliklə, maşınların da işgörmə qabiliyyətini «at gücü» ilə ölçməyə başladılar.

 

15 of 18

At gücü (a. g.) — güc ölçü vahidi,

1 a. g. = 735,5 Vt.

Bir çox ölkələrdə “at gücü” anlayışı avtomobil və elektrik mühərriklərinin güclərinin təyin olunması üçün istifadə edilməkdədir. Belə ki, 100 atlıq avtomobil dəyincə, 100 dənə atın çıxardığı güc başa düşülür.

At gücü adətən avtomobilləri tanıdarkən istifadə edilir, ancaq bu anlayışın təməli daha çox keçmişlə bağlıdır. At gücü, ingiliscə tərcüməsi HorsePower (HP) anlayışını ilk dəfə 1872-ci ildə istifadə edən James Vattdır. Bu mühəndis ixtira etdiyi buxarlı maşınları satarkən müştəriyə maşının gücü haqqında məlumat verməli idi və o zamanlarda maşınlar çox inkişaf etməmiş olduğu üçün güc deyincə insanların ağlına atlar gəlməkdə idi. James Wattda bu yolu izlədi və gücün simvolu halına gələn atlarla və onların gücləri ilə maraqlanmağa başladı. Kömür mədənlərində yük daşıyan atları bir müddət müşahidə edən Vatt, ölçmələri nəticəsində bir atın 45 kiloqramlıq kömürü 1 saniyədə 1,11 metr uzağa daşıya bildiyini müşahidə etdi.

Beləliklə bir at = Ağırlıq x Yol = 50 kiloqram-Metrlik iş etmiş olurdu.

Gücü ölçən cihaz Ceyms Vattın şərəfinə VATTMETR qəbul olunmuşdur.

16 of 18

Qiymətləndirmə

Təqdi-mat

Əmək-daşlıq

İntizam

Yekun

Qruplar

İş qrupu

Güc qrupu

Qiymətləndirmə

17 of 18

Ev tapşırığı

Test bankından “Mexaniki iş.Güc” bölməsindən N*13,14,16,18,19,29,30 nömrəli tapşırıqları yerinə yetirmək tapşırılır.

18 of 18

Diqqətinizə görə minnətdaram.