İsayeva Pərvanə Hacı qızı
Balakən rayonu
Fənn : Fizika
Mövzu : Elektrik yüklərinin qarşılıqlı təsiri. Kulon qanunu
Məqsəd : Sükunətdə olan iki nöqtəvi yükün vakuumda qarşılıqlı təsir qüvvəsinin yüklərin modulları hasili ilə düz , aralarındaki məsafənin kvadratı ilə tərs mütənasib olduğunu şərh edir.
Mövzuya aid keyfiyyət və kəmiyyət xarakterli məsələlər həll edir.
İnteqrasiya : Riyaziyyat, Həyat bilgisi , Kimya
İş forması: Bütün siniflə iş, qruplarla iş , fərdi iş
İş üsulu: Beyin həmləsi, müzakirə, araşdırma
Resurslar: İş vərəqləri, dərslik , elektrometr, müşahidə vərəqləri, plakatlar, kompüter, proyektor
Motivasiya:
q1
q2
q2
q1
1)
2)
Şəkil 1-də tarazlıqda olan şarların hər ikisi eyni parçaya sürtməklə eyni elektrik yükləri ilə elektrikləndirilir və şəkil 2-dəki vəziyyət alınır.
Siz burda nəyi müşahidə edirsiniz?
1. Şarların bir-birini itələməsinə səbəb nədir?
Tədqiqat sualı
2. Elektrik yükünü artırdıqda nə baş verdi?
3. Yüklər arasındakı qarşılıqlı təsir qüvvəsi onlar arasındakı məsafədən və bu yüklərin miqdarından necə asılıdır ?
Tədqiqatın aparılması
I QRUP: Kulon
II QRUP: Nyuton
Şagirdləri 3 qrupa bölürəm. Qrup işlərinin icrasına dair şagirdləri təlimatlandırıram. Onlara qrup işlərinin qiymətləndirmə meyarlarını elan edirəm. Sonra hər qrupa əvvəlcədən hazırlanmış iş vərəqlərini paylayıram. Verilmiş vaxt ərzində qrup işlərinin icrasını tapşırıram.
I QRUP: Kulon
1. Elektrik yükünün invariantlığı dedikdə nə başa düşürsünüz?
2. Nöqtəvi yüklər arasında məsafən iki dəfə artardıqda kulon qüvvəsi 60 mN azaldı. Qüvvənin ilk qiymətini hesablayın.
1. Eletrik sahəsini xarakterizə edən kəmiyyət hansıdır?
II QRUP: Nyuton
2. Nöqtəvi yüklər arasında məsafə iki dəfə artarsa onların kulon qarşılıqlı təsir qüvvəsi necə dəyişər?
İnformasiya MÜBADİLƏSİ
İNFORMASİYANIN MÜZAKİRƏSİ
Qrup nümayəndələrinin cavabları dinlənilir,
müzakirə edilir.Bu zaman aşağıdakı müzakirə
suallarından istifadə edilir:
1.Qapalı sistemdə yükün saxlanma qanunu necə ifadə olunur?
2. Kulon qüvvəsi ilə dielektrik nüfuzluğu arasında hansı asılılıq mövcuddur?
Nəticə
Vakuumda iki nöqtəvi yük arasındakı qarşılıqlı təsir qüvvəsi onların yükü ilə düz , aralarındakı məsafənin kvadratı ilə tərs mütənasib olub, onları birləşdirən düz xətt boyunca yönəlir. Bu qanun Kulon qanunu adlanır.
Bu qanunu 1785-ci ildə fransız alimi Şarl Kulon kəşf etmişdir. Şarl Kulon ilk dəfə bu qanunu burulma tərəzisinin köməyi ilə tapmışdır.
�QİYMƏTLƏNDİRMƏ�
QRUP MEYAR | KULON | NYUTON |
Qarşılıqlı təsir qüvvələrinin yüklərdən asılığını şərh edir | | |
Qarşılıqlı təsir qüvvələri ilə məsafə arasındakı asılığı göstərir | | |
Mövzuya aid sadə məsələləri həll edir | | |
Ev tapşırığı
Yüklərin bir-birini cəzb etməsi və itələməsinə aid nümunələr göstərin.