1 of 24

İDARƏETMƏ

i.f.d., dos. Nəsimi KAMALOV

2 of 24

İdarəetmə Anlayışı

İdarəetmə”, “İdarəetmə təşkilatçılıq”, “Menecment – XIX-əsrin sonu, XX-əsrin əvvəlləri. Sənaye inqilabına qədər - “elmi idarəetmə öncəsi dövr”.

İdarəetmə, sosial elm sahələrindən biridir - Sosial elmlərlə texniki elmlərin ortaya çıxması və inkişafı arasında ciddi fərqlər mövcuddur...

İdarəetmə, kompleks elm sahəsidir.

Sadəcə fabrik, zavod yaxud dövlətdə deyil, evlərdə, idman klublarında, təhsil müəssisələrində, xəstəxanalarda və s. bir sözlə, hər yerdə idarəetmə fəaliyyəti mövcuddur.

3 of 24

İdarəetmə bəşəriyyət yarandığı gündən mövcuddur və nə qədər ki, cəmiyyət var, varlığını davam etdirəcəkdir. Səbəb: insanlığın yaradılış şəkli!

Tarixi kontekstdə idarəetmə;

  • genetik hadisə,
  • sənət,
  • elm.

4 of 24

  • İdarəetmə, bir qrup insanı müəyyən məqsədlərə doğru istiqamətləndirmə, aralarında iş bölgüsü, əməkdaşlıq və koordinasiyanı təmin etmə cəhdlərinin məcmusudur.

  • İdarəetmə, məqsədə çatmaq üçün başqa insanlarla əməkdaşlıq etmə prosesidir.

  • İdarəetmə, başda insanlar olmaqla, maliyyə resursları, təchizat, xammal, əlavə vasitələr və zamanın bir-biri ilə uzlaşdırılaraq məhsuldar və təsirli istifadəsinə imkan verən qərarların verilməsi və tətbiqi proseslərinin məcmusudur.

  • İdarəetmə, planlama, təşkiletmə, icraetmə, koordinasiya və nəzarət funksiyaları vasitəsi ilə mövcud resurslardan təsirli və məhsuldar istifadə etməklə, müəyyən edilmiş məqsədlərə yönəlmə prosesidir.

5 of 24

İdarəetmə prosesinin xüsusiyyətləri

1. İdarəetmə bir və ya birdən çox məqsədlərin reallaşdırılması istiqamətindədir;

2. İdarəetmənin olması üçün müəyyən qədər bəşəri və maddi resurslardan sərbəst şəkildə istifadə etmək səlahiyyəti olmalıdır;

3. İdarəetmənin olması üçün bir idarəçi, ən azı bir idarə edilən insanın olması vacibdir ki, bu baxımdan idarəetmə sosial prosesdir;

4. İdarəetmə bəşəri və maddi resurslar arasında optimum uyğunluğu və əməkdaşlığı zəruri edir;

5. İdarəçi idarə edilənlərə fikirlərini və verdiyi qərarları icra etdirə bilmək üçün səlahiyyət sahibi olmalıdır;

6. İdarəetmə, idarəçilərlə idarəedilənlər arasında ahəng, uzlaşma və xəbərləşməni labüd edir - məqsədə birlikdə çatmağın təməl şərti budur;

6 of 24

İdarəetmə prosesinin xüsusiyyətləri ...davamı...

7. İdarəetmə qrup imkanlarından maksimum istifadəni, yəni, hər kəsin hər işi görməsi əvəzinə, hər insanın bilik, bacarıq və təcrübəsinə görə ən yaxşı görə biləcəyi işi icra etməsini və bu iş bölgüsü nəticəsində iqtisadilik prinsipinə əsaslanan ixtisaslaşmanı labüd edir;

8. İdarəetmə prosesində xüsusi yeri və əhəmiyyəti olan zamanın iqtisadi və diqqətli istifadəsi vacibdir. Çünki, zaman, planlamanın əsası olduğu kimi, idarəetmənin təsirliliyi (effektivliyi) və məhsuldarlığının ölçülməsində əsas vasitədir;

9. İdarəetmənin əsasında resurs, imkan və zamandan iqtisadi və faydalı istifadə durur. Başqa sözlə, idarəetmə rasional prosesdir.

RASIONALLIQ

Mənfəətlilik

Effektivlik

Məhsuldarlıq

7 of 24

İdarəçi anlayışı

  • İdarəçi, əmrinə verilmiş bir qrup insanı müəyyən məqsədlərə çatmaq üçün ahəng və əməkdaşlıq içərisində çalışdıran şəxsdir.

  • İdarəçi, başqaları vasitəsi ilə iş görən və nəticə əldə edən şəxsdir.

  • İdarəçi, müəyyən bir zaman kəsiyində müəyyən məqsədlərə çatmaq üçün istehsal vasitələrini (insan, pul, xammal, maşın, avadanlıq və s.) bir yerə toplayan, onlar arasında münasib kombinasiya, uyum və ahəng təmin edən şəxsdir.

8 of 24

İdarəçinin rolları

1- Bəşəri münasibətlərlə bağlı rollar:

  1. Təmsilçi rolu,
  2. Lider rolu,
  3. Əlaqə rolu.

2- İnformasiya ilə bağlı rollar:

          • Nəzarət rolu,
          • Bölgü rolu,
          • Sözcü rolü.

3- Qərar vermə ilə bağlı rollar:

                  • Təşəbbüskarlıq rolu,
                  • Anlaşmazlıqları həll etmə rolu,
                  • Resursların bölgüsü rolu,
                  • Müzakirələr aparmaq rolu.

9 of 24

İdarəçinin fəaliyyətinə təsir edən amillər:

Ümumi mühit

Sosial-Mədəni amillər

İqtisadi amillər

Siyasi-Hüquqi Amillər

Texnoloji amillər

Fəaliyyət mühiti

Hökumət

Xüsusi mənfəət qrupları

İstehlakçılar

Ticarət qurumları

Rəqiblər

Həmkarlar təşkilatları

Tədarükçülər

Qurum daxili mühit

Demoqrafik amillər

10 of 24

İdarəçinin xüsusiyyətləri

A) Üç Xüsusiyyət Yanaşması

B) İdarəetmə Bacarığı Yanaşması

1- İdarəçinin intellektual xüsusiyyətləri

2- İdarəçinin xarakter xüsusiyyətləri

3- İdarəçinin sosial xüsusiyyətləri

1- İdarəçilik bacarığı

2- Bəşəri münasibətlər bacarığı

3- Texniki bacarıqlar

11 of 24

1- İdarəçinin intellektual xüsusiyyətləri

a) Ümumi bilik (dünyagörüşü),

b) Məntiq,

c) Analiz qabiliyyəti,

d) Sintez qabiliyyəti,

e) Müşahidə gücü,

f) Xəyal gücü,

g) Mühakimə gücü,

h) Mövzu və problemlər üzərində fikrini cəmləşdirə bilmək qabiliyyəti,

i) Fikir və düşüncələrini aydın ifadə edə bilmək qabiliyyəti.

12 of 24

2- İdarəçinin xarakter xüsusiyyətləri

  1. Ağılla duyğu arasında balans qurmaq,
  2. Fərqli şərtlərə, şəraitə və fərqli xarakterdəki insanlara uyğunlaşa bilmək,
  3. Diqqətli olmaq,
  4. Ehtiyatlı olmaq,
  5. Təşəbbüskar olmaq,
  6. Hafizə gücü, yaddaş sahibi olmaq,
  7. Dinamik, hərəkətli olmaq,
  8. Əzmkar olmaq,
  9. Sistemli və səliqəli olmaq,
  10. İşləri əhəmiyyətinə görə sıralaya bilmək,
  11. Sürətli olmaq,
  12. Ciddi olmaq.

13 of 24

3- İdarəçinin sosial xüsusiyyətləri

  1. Xarici görünüşü, geyimi ilə ətrafındakıların rəğbətini qazanmalı,
  2. Qrupa xitab edəcək qabiliyyətlərə sahib olmalı,
  3. Qrupun xüsusiyyətlərini, ortaq məqsəd, dəyər və duyğularını anlaya bilməli,
  4. İşin icrası zamanı müsbət xüsusiyyətlərin qazanılmasına çalışmalı, neqativ vərdişlərlə mücadilə etməli,
  5. Birlikdə çalışacağı hər bir insandan faydalanmağı bacarmalı və onlarla əməkdaşlıq edə bilməli,
  6. Hər şəxs və hadisənin xüsusiyyətinə müvafiq hərəkət etməli, nə zaman irəli gedəcəyini, nə zaman geri çəkiləcəyini bilməli,
  7. Biliyi, təcrübəsi, ədaləti, şəxsi həyatına həssaslığı ilə etibarlı insan - əsl şəxsiyyət kimi tanınmalıdır.

14 of 24

B) İdarəetmə Bacarığı Yanaşması

İdarəçilik b.

Bəşəri münasibətlər b.

Texniki b.

Üst səviyyə idarəçilər

Orta səviyyə idarəçilər

Alt səviyyə idarəçilər

15 of 24

Menecment Elminin İnkişafı

Çağdaş Menecment Öncəsi

Dövr

Çağdaş Menecment Dövrü

  • avtoritar əlaqə mövcud idi;
  • gücün istifadəsi adət halını almışdı;
  • səlahiyyət, dövrün sosial və iqtisadi sistemlərində güc, qüvvə və nəzarət kimi qəbul edilirdi;
  • hər bir şəxs yalnız səlahiyyət sahibi olmağa çalışırdı.
  • Klassik İdarəetmə Nəzəriyyələri,

  • Neo-Klassik İdarəetmə Nəzəriyyəsi,

  • Müasir İdarəetmə Nəzəriyyələri.

16 of 24

Klassik İdarəetmə Nəzəriyyələri

1. Elmi İdarəetmə Yanaşması (Scientific Management Approach)

Amerikalı mühəndis:

Frederick Winslow Taylor

(20 mart 1856 – 21 mart 1915)

Taylor müəssisələrdə ciddi resurs (əmək, xammal və s.) və zaman israfının olduğunu müşahidə etmişdir.

O, israfı önləyəcək və yüksək məhsuldarlıq təmin edəcək yeni iş standartları müəyyən etmişdir: iş bölgüsü ixtisaslaşma anlayışlarını ortaya ataraq tətbiq etmiş, tarixdə ilk dəfə təşviqli maaş sistemini formalaşdırmışdır.

Çalışdığı müəssisədə məhsuldarlığın 400 % artmasına nail olan Taylor, fikirlərini, 1911-ci ildə yayımladığı Elmi İdarəetmənin Prinsipləri (The Principles of Scientific Management) adlı kitabında toplamıştır.

17 of 24

Klassik İdarəetmə Nəzəriyyələri

2. İdarəetmə Prosesi Yanaşması

(Administrative Process Approach)

Fransız mədən mühəndisi:

Henri FAYOL  

(29 iyul 1841– 19 noyabr 1925)

İstehsal prosesi ilə məşğul olan Taylordan fərqli olaraq, Fayol təşkilat strukturlarını tədqiq etmişdir.

İlk dəfə Fayol, bir təşkilatda;

1. İstehsal,

2. Satınalma və satma,

3. Muhasibat,

4. Maliyyə,

5. Təhlükəsizlik,

6. İdarəetmə

kimi 6 funksiyanın olduğunu ifadə etmişdir.

18 of 24

Fayol idarəetmə funksiyalarını da sıralayan ilk şəxsdir. O, bu funksiyaları beş qrupda toplamışdır:

1. Planlama,

2. Təşkiletmə,

3. İcraetmə,

4. Koordinasiya,

5. Nəzarət.

Fayol fikirlərini, 1916-cı ildə yazdığı Sənayedə və Ümumi İdarəetmə (Administration İndustrielle et Generale) adlı kitabında yayımlamışdır.

Fayolun lideri olduğu idarəetmə prosesi yanaşmasının əsasını:

a) iqtisadi effektivlik, b) məhsuldarlıq və c) rasionallıq təşkil edir.

19 of 24

Klassik İdarəetmə Nəzəriyyələri

3. Bürokratiya Yanaşması

Alman sosioloq, filosof və siyasi iqtisadçı:

Maximilian Karl Emil "Max" WEBER

(21 aprel 1864 – 14 iyun 1920)

Weber, “bürokratiya” anlayışını ortaya atan şəxsdir. Lakin o, bürokratiya anlayışından hazırda olduğu kimi - mənfi mənada deyil, effektli təşkilat strukturunu əldə etmək məqsədi ilə istifadə etmişdir.

Weberə görə, bürokratik strukturun beş əhəmiyyətli xüsusiyyəti:

ı) Təkmil iş bölgüsü,

ıı) Mərkəzi idarəetmə,

ııı) Rasional personal idarəetmə proqramı,

ıv) Bürokratik qayda və qanunlar,

v) Yazılı qeydiyyat və sənədləşmə sistemi.

20 of 24

B- Neo-Klassik İdarəetmə Nəzəriyyəsi

Neo-klassik idarəetmə düşüncəsinin ən böyük əhəmiyyəti insan amilini təhlil etməsidir.

Qısaca, klassik nəzəriyyələr insan ünsürünü passiv bir amil kimi qiymətləndirdiyi halda, neo-klassik nəzəriyyə insan ünsürünün təşkilatın effektivliyi və məhsuldarlığını təyin edən ən dinamik amil olduğunu göstərmişdir.

Neo-klassik nəzəriyyəni ortaya atan alimlər, klassik nəzəriyyəçilərdən fərqli olaraq psixologiya, antropologiya, sosial psixologiya ilə məşğul olan şəxslər idi.

Neo-klassik yanaşmanın ortaya çıxmasına Avstryalı psixoloq, sosioloq və idarəçi George Elton Mayo (26 dekabr 1880 - 7 sentyabr 1949) rəhbərliyində Western Elektrik şirkətinin Chikagonun Hawthorne fabrikində aparılan araşdırmalar səbəb olmuşdur.

21 of 24

Neo-klassik nəzəriyyənin mövzuları:

1. İnsan davranışı,

2. Bəşəri münasibətlər,

3. Qrupların formalaşması,

4. Qrup davranışları,

5. Qeyri-rəsmi təşkilatlar/qruplar,

6. Qavrama və davranışlar,

7. Motivasiya,

8. Liderlik,

9. Təşkilatlarda dəyişmə və inkişaf və s.

22 of 24

Müasir İdarəetmə Nəzəriyyələri

1. İdarəetmə Elmi Yanaşması (Management Science)

II dünya müharibəsi əsnasında hərbi məqsədlər üçün istifadə edilən riyazi qərarvermə metodlarının 1950-ci illərdən etibarən doğru qərar vermək məqsədi ilə idarəetmənin qarışıq/kompleks məsələlərinin həllində istifadəsinə başlanılmış, beləliklə “İdarəetmə Elmi Nəzəriyyəsi” ortaya çıxmışdır.

İdarəetmə Elmi Nəzəriyyəsinə görə istifadəsi tövsiyyə edilən metodlar:

- Əməliyyatların təhlili (Yöneylem araştırması),

- Ədədi qərar nəzəriyyəsi (Kantitatif karar teorisi),

- Xətti proqramlama (Doğrusal proglamlama),

- Dinamik proqramlama (Dinamik proglamlama),

- Qeyri-müəyyənlik şəraitində qərarvermə (Belirsizlik altında karar verme),

- Ehtiyatların menecmenti modelləri (Envanter modelleri),

- Oyun nəzəriyyəsi (Oyun teorisi),

- Sıralama nəzəriyyəsi (Kuyruk teorisi),

- Simulyasiya metodları (Simülasyon teknikleri),

- Planlama modelləri (Planlama modelleri),

- Komputerləşdirilmiş istehsal metodları (Bilgisayar destekli üretim teknikleri),

- Fayda-məsrəf təhlilləri (Fayda-maliyet analizleri).

23 of 24

Müasir İdarəetmə Nəzəriyyələri

2. Sistem Yanaşması

Müəssisə və təşkilatlar da mühitdən müxtəlif resurslar (input) alan, istehsal edən, istehsal etdiklərini (output) mühitə verən vahidlərdir. Yəni, müəssisə və təşkilatlar böyük bir sistemin alt parçalarıdır.

Özlüyündə müəssisə və təşkilatlar da bir sistemdir və alt parçalarını yaxud sistemlərini;

* istehsal,

* marketinq,

* insan resursları,

* maliyyə,

* muhasibat,

* ictimaiyyətlə əlaqələr,

* innovasiya və s. funksiyalar təşkil edir.

Ümumi Sistem Nəzəriyyəsi 1930-cu illərdə Avstryalı bioloq Karl Ludwig Von Bertalanffy (19 sentyabr 1901 - 12 iyun 1972) tərəfindən ortaya atılmış və hər bir sistemə tətbiq edilə biləcək ümumi qayda və prinsiplər müəyyən etməyi hədəfləyən bir yanaşmaya çevrilmişdir.

24 of 24

Müasir İdarəetmə Nəzəriyyələri

3. Şəraitə görə idarəetmə yanaşması

Şəraitə görə idarəetmə neo-modern yanaşmadır və sistem yanaşmasının davamı olub, onun daha da inkişaf etdirilmiş halıdır.

İdarəçinin daha effektli və məhsuldar idarəetmə üçün, təşkilatın içərisində olduğu şəraiti və mühit şərtlərini daha doğru qiymətləndirməsinin vacibliyi bu nəzəriyyənin əsas xəttini təşkil edir.

Bu nəzəriyyəyə görə, universal sistem mövcud deyil. Hər şəraitin özünə uyğun idarəetmə sistemi seçilməlidir.