Request edit access
IB Club evinizə gəlir!
❗️Vacib məlumat

Dəyərli IB Club üzvləri və gənclər,
Son zamanlar statistika göstərir ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılması sürətlə artmaqdadır. Bildiyiniz kimi, IB Club "Gənclərin İntellektual İnkişafına Yardım" ictimai birliyinin sosial layihəsidir.
İctimai Birliyin idarə heyətinin qərarı ilə, IB Clubun ofisdə fəaliyyəti müvəqqəti dayandırılmışdır. Üzvlərin üzvlük müddəti dondurulmuş və fəaliyyət istiqamətləri üzrə əlavə artırılacaqdır. Ümid edirik ki, tezliklə infeksiyanın yayılmasında azalmalar müşahidə olunduğu zaman ofisdə fəaliyyət bərpa olunacaqdır.
Virusa qalib gəlmək üçün ehtiyac olmaqdıqda evdən çıxmayın, ictimai nəqliyyatdan zərurət olmadığı halda istifadə etməyin, əhalinin sıx olduğu yerlərə getməyin və ən əsası özünüz, sevdikləriniz üçün TİBBİ MASKAdan istifadə edin!
Virusa birlikdə qalib gələk!

Hörmətlə,
İdarə heyətinin üzvləri
Submit
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy