Növbə Gənclərdədir!
Əziz gənclər, sizi "Növbə Gənclərdədir!" layihəsində iştirak etməyə dəvət edirik!

Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) Avropa İttifaqının “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu” (PeaCE) proqramı çərçivəsində, "Böyük Britaniyanın "Münaqişə, Sabitlik və Təhlükəsizlik Fondu" tərəfindən birgə maliyyələşdirilən "Növbə Gənclərdədir!" proqramı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif olunmuş əsas sülh modellərinin təlimlər vasitəsi ilə öyrənilməsi və debat edərək gənc iştirakçıların hər birinin bu modellərə olan mövqe və münasibətinin ortaya qoyulmasına dayanır.

*Proqramın məqsədi nədir?

Programın məqsədini gənc iştirakçıları Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsi ilə bağlı öz nəzəri ideyalarını ifadə etməyə təşviq etmək və bunun üçün bir platforma yaratmaq, eləcə də gəncləri xalq diplomatiyası çərçivəsində konfliktin həlli bağlı təkliflər verən tərəf etməklə, həmin təklifləri əlaqəli dövlət qurumlarına qətnamə şəklində göndərmək təşkil edir.

*Proqram necə həyata keçiriləcək?

3 mərhələni özündə birləşdirən "Növbə Gənclərdədir!" layihəsi noyabrın 29-dan dekabrın 2-sinə qədər olan müddətdə (I mərhələ) 4 günlük təlimlər sessiyası ilə başlayır. Təlimlərdə Dağlıq Qarabağ ətrafında gedən ən son danışıqlar prosesi, həll modelləri və növbəti həftə aparılacaq debatın struktur qaydaları haqqında məlumat veriləcəkdir. II mərhələ 7-8 dekabr tarixlərini əhatə etməklə 2 günlük debat sessiyalarından ibarətdir. Burada Dağlıq Qarabağın statusu ilə bağlı 3 sülh modeli: Assosiativ Dövlət, Aland adaları və Honq-Konq/Makau modelləri müzakirə ediləcək və iştirakçılar özlərinin arzuladığı sülh modelini təklif etmək imkanından istifadə edə bilər. III mərhələdə isə 14-15 dekabr tarixlərində debat sessiyalarında səsləndirilən və ondan sonra verilən tapşırıqlara müvafiq olaraq iştirakçılar tərəfindən razılaşdırılmış müddəalar yazılaraq 15 dekabr tarixində qətnamə şəklində qəbul olunacaqdır və qətnamənin əlaqəli dövlət qurumuna göndərilməsi üçün dəqiq tarix müəyyənləşdiriləcəkdir. Layihə Azərbaycan dilində həyata keçiriləcək. Proqramı uğurla başa vuran iştirakçılar sonda sertifikatlarla təltif olunacaq və həmçinin 3 ən aktiv iştirakçıya hədiyyələr təqdim olunacaq.

*Proqramda iştirak üçün tələblər

-18-26 yaş aralığında olmaq;
-komandada işləmək bacarığına malik olmaq;
-tapşırıqları vaxtında yerinə yetirə bilmək;
-mövzu ilə bağlı müəyyən biliklərə sahib olmaq;
-yüksək motivasiya

*Qeydiyyatdan keçərkən nəzərə alınmalı olan bir neçə nüansı diqqətinizə çatdırmaq istərdik:

-Seçim iki mərhələli olacaq: 1) onlayn müraciət mərhələsi; 2) müraciət mərhələsini keçən şəxslərin müsahibəsi mərhələsi;
-Hər iki mərhələni uğurla keçmiş şəxslərlə əlaqə saxlanılacaq;
-Son qeydiyyat tarixinə qədər iştirakçıların qeydiyyat formunu doldurması və CV-lərini aşağıda qeyd olunan mail ünvanına göndərməsi gərəklidir;
-Layihədə 20 nəfər iştirak hüququ qazanacaqdır;
-Yalnız seçilmiş şəxslər ilə əlaqə saxlanılacaq;
-Layihə müddətində çay-kofe fasilələri təşkilatçılar tərəfindən təmin olunacaq;
-Layihədə iştirak etmək pulsuzdur.

Son qeydiyyat tarixi: 18 noyabr, 23:59

Əlaqə vasitəsi:
youthturntalk@gmail.com

Hər kəsə uğurlar!








Email address *
Adınız, soyadınız *
Your answer
Doğum tarixiniz *
MM
/
DD
/
YYYY
Mobil nömrəniz *
Your answer
Təhsil aldığınız və işlədiyiniz müəssisə (əgər varsa), ixtisasınız/çalışdığınız sahə *
Your answer
İngilis dili biliyinizi necə qiymətləndirərdiniz? *
"Növbə Gənclərdədir" proqramında iştirak etmək üçün sizi motivasiya edən nələrdir? *
Your answer
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesləri necə izləyirsiniz? *
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini nə dərəcədə effektiv hesab edirsiniz? *
Your answer
Əlavə təklif və ya şərhiniz varmı və varsa, nələrdir?
Your answer
Submit
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy