Təqaüd proqramının məqsədi ilkin olaraq Java Backend Proqramlaşdırma üzrə ölkədaxili və ölkəxarici tələblərə uyğun kadrlar yetişdirərək, mövcud çatışmazlıqları aradan qaldırmaq və IT sahəsinin inkişafına dəstək olmaqdır. Əsas vəzifəmiz bu sahəyə böyük marağı olan gəncləri keyfiyyətli tədrisimiz və təcrübəli müəllim heyətimiz ilə maksimum səviyyədə rəqabətli bazar üçün yetişdirməkdir.
Müsabiqə 3 mərhələ üzrə həyata keçirilir:
Mərhələ 1: İlkin müraciətlərin qiymətləndirmə prosesində üstünlük verilən və növbəti mərhələyə dəvət alan namizədlər aşağıdakılardır:
- Əyani bakalavr təhsili alan bütün kurs tələbələri;
- Qiyabi və ya magistr təhsili alan tələbələr;
- Ali, orta və peşə ixtisası üzrə məzunlar;
- İş yerində İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sahəsi üzrə ixtisasını artırmaq istəyən şəxslər;
- İş profilini digər sahədən Proqramlaşdırma sahəsinə dəyişmək istəyən şəxslər.
Mərhələ 2: İkinci mərhələdə seçilən təqaüd proqramına uyğun imtahan keçirilir. Bu mərhələdə ümumi kompüter, alqoritm biliyi və ingilis dili səviyyəsi ölçülür. Nəzərdə tutulan təməl biliklərə sahib namizədlər növbəti mərhələyə keçir.
Mərhələ 3: Üçüncü və ən son mərhələ müsahibə mərhələsidir. Bu mərhələdə namizədin texniki biliklərindən əlavə şəxsi keyfiyyətləri, təlim motivasiyaları, ümumi dünya görüşü və komandada iş bacarıqları qiymətləndirilir.
Təqaüd proqramına qatılmaq üçün aşağıdakı bütün sualları dolğun şəkildə cavablandırmaq mütləqdir. Proqram haqqında daha ətraflı məlumat üçün aşağıdakı nömrə və mail vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.
077 433 00 00
turingacademyaz@gmail.com