"BİZ BACARDIQ" Layihəsinin Müraciət Elanı.
Bakı şəhərində yaşayan valideynlərin nəzərinə!

Cəmiyyətimizdə fiziki məhdudiyyətli gənclərdə özünəqapanma və qeyri-fəal davranış hallarının mütəmadi olaraq baş verməsi, insanlarla kommunikasiyanın və əməkdaşlığın zəif olması nəticəsində onlarda dil, peşə bacarıqlarının və cəmiyyətə inteqrasiya olmasını məhdudlaşdırır. Bunun isə əsas səbəbi onların uşaqlıq, yeniyetməlik və gənclik dövrlərində cəmiyyətdən kənarlaşması, həmçinin bəzi valideynlərin cəmiyyətdən çəkinərək öz övladlarına qarşı biganə olmasıdır. Fiziki məhdudiyyətli insanlar haqqında, onlarla necə düzgün rəftar etmək barəsində az məlumatlılıq uşaqları sosial həyatdan daha da kənarlaşdırır. Onlarda özgüvənsizlik yaranır və nəticədə onlar cəmiyyətə adaptasiya olmur, ən əsasası da cəmiyyətin digər üzvləri kimi bərabərhüquqlu olduqları haqqında məlumatlı olmurlar.

Baku İdealab və Böyük Britaniyanın “Konflikt, Sabitlik və Təhlükəsizlik” Fondunun dəstəyi ilə həyata keçirilən “Öz Səsini Kəşf Et” proqramı çərçivəsində “Biz Bacardıq” layihəsi üçün müraciətləri qəbul edir.

“Biz Bacardıq” layihəsinin əsas məqsədi Bakı şəhərində yaşayan 15 nəfərdən ibarət xüsusi qayğıya ehtiyacı olan fiziki məhdudiyyətli (Poliomielit, Spina bifida, Miopatiya, Şarko – Mari, yüngül dərəcəli Uşaq Serebral iflic,her hansı bir bədən üzvünün amputasiyası) uşaqların valideynlərini düzgün davranış və ünsiyyət metodları barəsində,habelə uşaqları haqda yaranmış stereotiplər barəsində maarifləndirmək, 9-12 yaş arası fiziki məhdudiyyətli uşaqlarda özgüvən hissini yaratmaq,sosiallaşdırmaq, cəmiyyətimizi xüsusi qayğıya ehtiyacı (fiziki məhdudiyyətli) olan insanlar haqqında məlumat verməkdir. Fiziki məhdudiyyətli uşaqlar haqqında cəmiyyəti məlumatlandırmaq məqsədilə uşaqların öz həyat hekayələri, uğurları və yaxud yaşam tərzləri, istəkləri və üzləşdikləri çətinliklər haqqında sosial video-çarx hazırlamaqdır.

Layihə fiziki məhdudiyyətli uşaqlar,onların valideynləri və cəmiyyətə ünvanlanacaqdır. Beləliklə,layihəyə Bakı şəhərində yaşayan 9-12 yaş arası 15 nəfərdən ibarət xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri olacaqdır.

*İştirakçılara (valideynlər) uşaqları ilə düzgün davranış və ünsiyyət metodları haqqında informativ təlim.
* layihəmizdə iştirak edən valideynlərin uşaqlarının gələcəyi barəsində müsbət düşüncələrinin olması üçün,öz həyat fəaliyyətlərində uğur qazanmış fiziki məhdudiyyətli şəxslərin uğur hekayələrini dinləmək və motivasiya xarakterli psixoloji (ruh yüksəkliyi və özgüvənliyinin olması) təlimin keçirilməsi.
* Uşaqlarla kommunikasiya və tanışlıq əlaqələri qurmaq üçün komanda şəklində oyunların təşkil olunması.Bu oyunlar uşaqların əmək fəaliyyətlərinin artırılməsı üçün "workshop" xarakterli dərslər olacaqdır.
*Uşaqlarda bilik və bacarıqlarının artırılması üçün əyləncəli rəsm oyunlarının təşkili.
* Uşaqlarda özgüvənin artırılması əyləncəli rəqslərin təşkil olunması.

Təlimlər: valideynlər- 22;23 Fevral, uşaqlar-28-1 Mart müddətində "İnci Psixoloji Reabilitasiya Mərkəzi"də baş tutacaqdır.

Məkan dəstəyi:"İnci Psixoloji Reabilitasiya Mərkəzi"nə məxsusdur.
Uşaqlar üçün olan təlimdə "Stage New Life" rəqs qrupu iştirak edecekdir.

Müraciət üçün onlayn qeydiyyat formasını doldurmağınız xahiş olunur.

Müraciət üçün son tarix: 16 Fevral 2020

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın:
Email:bizbacardiq@gmail.com
Mobil:+994506492254; +994558986860

Qeyd: İŞTİRAK TAMAMİLƏ ÖDƏNİŞSİZDİR!
Email ünvanı: *
Ad/Soyad *
Əlaqə nömrəsi: *
Yaşadığınız ünvan: *
Doğum tarixiniz: *
MM
/
DD
/
YYYY
Ad/Soyad ( övladınızın ): *
Doğum tarixi (övladınızın): *
MM
/
DD
/
YYYY
Övladınızın fiziki məhdudiyyətli olma səbəbi (xəstəliyin adı)? *
Övladınız hər hansı bir vasitədən istifadə edirmi? ( əlil arabası və s. ) İstifadə edirsə qeyd edin. *
Övladınız təhsil alırmı? *
"Biz Bacardıq” layihəsinə qoşulmaqda əsas məqsədiniz? *
Bizdən gözləntiləriniz: *
Övladınız haqqında qısa məlumat:
Əlavə qeyd və təklifləriniz:
Submit
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy