🙋 Əziz gənclər!
“Region gənclərinin bacarıqlarının artırılması” layihəsinə start verilir!
🗣 Layihə çərçivəsində region gənclərinin
fərdi inkişafına dəstək vermək, gənclərlə iş sahəsinin prinsiplərini aşılamaq,
sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşdırılmasına nail
olmaq məqsədilə 7 müxtəlif
regionda təlimlərin keçirilməsi planlaşdırılır.
AR Gənclər və
İdman Nazirliyinin dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata
keçirilən layihədə “Layihələrin
yazılması və idarolunması”, “Gənclərlə işin prinsipləri”, “Gənclərlə iş
sahəsində rəqəmsal biliklər”, “PR prinsipləri” və s. istiqamətlərdə təlimlər
baş tutacaq.