points of (no) return / a masterclass by Ma-El Weiher

(Geri) dönüş nöqtələri
Ma-El Weiher ilə master-klass

Əziz iştirakçılar!

Zəhmət olmasa qeydiyyat linkində olan sualları cavablandırın ki, sizin bədii praktikanız və maraq dairəniz barədə ümumi təsəvvürüm olsun. Cavablarınız 24-ü keçiriləcək master-klassımıza hazırlıq üçün mənə çox kömək edəcək. Sizinlə tanış olmağı və birgə işləməyi səbirsizliklə gözləyirəm.

O vaxta qədər sizə uğurlar arzulayıram!

Səmimi salamlarla,

Ma-El Weiher

Biz arxamızda hansı izləri qoyuruq? Və bunlar ətraf aləmi necə təsirə məruz qoyur?
Bu sualları özümüzə verdikdə, detallara diqqət yönəlir – onlar səhnənin əsas qəhrəmanına çevrilir. Detallar dünyanın səssiz hekayəsini danışaraq bizi zaman, özümüz və ətraf mühit haqqında düşünməyə vadar edir.

İştirakçılar üçün əlavə məlumat

Master-klassın məqsədi insan həyatını və ətraf mühitlə davranışı fundamental suallar vasitəsilə araşdırmaqdır. Bu mövzular şəhər motivlərinin müşahidəsi və təsviri ilə öyrəniləcək. Diqqət mərkəzində olanlar – bəzən üstündən keçilən, tərk edilən, dağılmaqda olan, amma qorunması mümkün olan – detallardır. İnsan yaratmaları, qarşılıqlı əlaqə və təbiətin özbaşına inkişafı arasındakı münasibət əsas mövzulardan biridir.

Metodlar
İştirakçılar master-klass çərçivəsində işləri üçün özlərinə uyğun hesab etdikləri istənilən ifadə vasitəsini seçə bilərlər. Bunlara instalyasiya, video, foto və audio da daxildir. Xüsusilə rəsm və qrafika ilə işləmək təşviq olunur.

Master-klassdakı iş
Konseptual şəhər gəzintisi, praktiki tapşırıqlar və interaktiv müzakirələr iştirakçılar üçün ilham mənbəyi olacaq. Bu proses onların konseptlərini qurmasına və dərinləşdirməsinə yardım edəcək. Həmçinin ətraf mühit məsələləri ətrafında dialoqu gücləndirəcək. Xüsusi diqqət festivalın əsas sualına yönələcək: incəsənət sosial və ekoloji dəyişiklik üçün katalizator rolunu necə oynaya bilər?

Proqram:

24-ü
10:00–11:00 — Tanışlıq, konseptin və günün proqramının təqdimatı
11:00–13:00 — Tədqiqat: şəhər gəzintisi, gəzinti bədii praktika kimi, işin başlanğıc nöqtəsinin axtarışı
13:00–14:00 — Fasilə
14:00–15:00 — Tapılan obyekt və vəziyyətlərin müzakirəsi, yaranan suallar və geniş mövzularla əlaqələr
15:00–18:00 — İş sessiyası, ideyaların inkişafı, rəylər
18:00–19:00 — İşlərin müzakirəsi və prosesin refleksiyası

25-i
Təqdimat — 16:00

Özünüzü təqdim edin *
Əlaqə vasitəsi/sosial media hesabı *
İncəsənət sahəsində nə qədər müddətdir məşğul olursunuz?
*
Bədii təhsiliniz necə olub? Daha öncə sərgilərdə iştirak etmisiniz?
*
İncəsənətinizdə hansı mövzulara toxunursunuz? Qısa şəkildə təsvir edin.
Hansı sənət forması ilə işləməyi üstün tutursunuz? Adətən hansı materiallardan istifadə edirsiniz?
*
İşlərinizlə şəhər mühiti arasında bir əlaqə görürsünüzmü?
Əlavə qeydiniz
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. - Terms of Service - Privacy Policy

Does this form look suspicious? Report