Əziz tələbə, məzun və işaxtaranlar,
Sizi Bakı Dövlət Universitetin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçiriləcək “Karyera Festivalı 2025"-ə dəvət edirik!
Festivalın əsas məqsədi gənc mütəxəssislərin peşəkar inkişafına dəstək olmaq, tələbə və məzunlarımızı ölkənin aparıcı şirkətləri ilə bir araya gətirərək onların əmək bazarına uğurlu keçidini təmin etməkdir.
Festival çərçivəsində sizə işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq, şirkətlərin işə qəbul, təcrübə, təqaüd və könüllülük proqramları ilə yaxından tanış olmaq və müraciət etmək imkanı yaradılacaq.
Eyni zamanda, tədbirdə vörkşop və seminarlar, simulyasiya zonaları, startap guşələri kimi interaktiv formatlar da nəzərdə tutulmuşdur.
Zəhmət olmasa, aşağıdakı formu dolduraraq iştirakınızı 2025-ci il 25 may tarixinədək təsdiqləyin.
Sizi Karyera Festivalımızda görməkdən məmnun olarıq!
Tarix: 27 may, 2025
Saat: 11:00-15:00
Məkan: Bakı Dövlət Universiteti