Təbiətin Davamlı Harmoniyası klubunun yaradılması gənclərin təbiəti tanıması, duyması, canlı sistemlərdə baş verən prosesləri təhlil etməsi və nəhayət sevməsi, təbiətdə davamlı sabitliyin yaradılması və qorunmasını aşılamaq və həyata keçirmək məqsədi daşıyır. Ümumən canlılarla ətraf mühit arasında harmoniyanın olması gələcəkdə saglam, uzunömürlü insanın olması deməkdir. Klub olaraq bu prosesləri həyata keçirmək vəzifə kimi qarşıya qoyulur.
Klubun rəhbəri: Zoologiya və fiziologiya kafedrasının müdiri, dosent Əbülfəz Tağıyevdir.