TAM qeydiyyat
11 Aprel saat 11.00-da Bakıda keçiriləcək "Xoşbəxt və Uğurlu Uşaq Yetişdirməyin Modeli" adlı beynəlxalq seminarda iştirak etmək üçün zəhmət olmasa, bu formu doldurun. Yerlər məhdud olduğu üçün təşkilat komitəsi tərəfindən seçilən şəxslərlə əlaqə saxlanılacaq.

Məlumat üçün bildirək ki, TAM Teaching Advancement Matrix tərəfindən təşkil olunan və Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şura tərəfindən dəstələnən seminarda xoşbəxt və uğurlu uşaqlar yetişdirməyin modeli təqdim ediləcək.

Bu məqsədlə beynəlxalq seminara Türkiyədən tanınmış pedaqoq-alim Dr.Özgür Bolat dəvət edilib. Kembric (doktorantura), Harvard (magistiratura), Boğaziçi (bakalavr) universitetlərinin Təhsil fakultəsinin məzunu, "Məni mükafatla cəzalandırma" adlı kitabı ilə Türkiyədə satış rekordları qıran Dr. Özgür Bolat seminardakı çıxışı ilə uşaq təhsili ilə bağlı bildiklərimizi dəyişəcək, doğru bildiyimiz yanlışları göstərəcək, xoşbəxt və uğurlu uşaq yetişdirməklə bağlı praktik təkliflər səsləndirəcək, yeni vizyon formalaşdıracaq.

Seminarda həmçinin UNİCEF Azərbaycan Nümayəndəliyi təhsil şöbəsinin rəhbəri Leyla Həsənova, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov, TAM Teaching Advancement Matrix-in baş direktoru, təhsil meneceri Cəfər Mənsimi çıxış edəcəklər.

İştirakçılara beynəlxalq sertifikat veriləcək.

Seminarda iştirak haqqı 55 AZN-dir.

Seminarın keçiriləcəyi məkan haqqında bu yaxında məlumat veriləcək.

Ad/Soyad *
Your answer
E-mail *
Your answer
İş yeri/Vəzifəsi *
Your answer
Əlaqə nömrəsi *
Your answer
Seminarda iştirak məqsədiniz və seminardan gözləntiləriniz nələrdir? *
Your answer
Seminar haqqında necə məlumat əldə etmisiniz? *
Your answer
Submit
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy