Sentyabr 10-dan xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün “Ana dili" – Azərbaycan məktəbinə qeydiyyat başlayır. Azərbaycan Gənc Müəllimlər Assosiasiyası xaricdə yaşayan soydaşlarımız üçün əhəmiyyətli bir layihənin tətbiqinə start verir. 2026-2027-ci tədris ilini əhatə edəcək layihədə dərslər ödənişsiz əsaslarla təcrübəli mütəxəssislər tərəfindən keçiriləcək.
“Ana dili" – Azərbaycan məktəbi ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilində məsafədən öyrənmə imkanını təmin edən layihədir. Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun yaradılan qruplarda Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edəcəklər.
Elektron poçt: anadili@agma.az
Mobil: +994 51 226 71 21 (“WhatsApp”, “Telegram”).
Son qeydiyyat tarixi: 1 oktyabr 2026-cı il.
---------------------------------------------------------------------------------------
From September 10, registration for Azerbaijanis living in foreign countries to "Ana dili" – Azerbaijani school begins. The Association of Young Teachers of Azerbaijan is launching an appreciable project for our compatriots living abroad. In the project, which will last through the 2026-2027 academic year, classes will be held by experienced specialists free of charge.
"Ana dili" – Azerbaijani school is a project that provides distance learning in Azerbaijani for our compatriots of different age groups living outside our country. People who want to participate in the project will have the opportunity to join Azerbaijani language classes in groups created according to their age and language level, as well as time zone.
E-mail: anadili@agma.az
Mobile: +994 51 226 71 21 (“WhatsApp”, “Telegram”).