İşə qəbul olunmaq üçün müraciət anketi - ETA
ELM TƏDRİS AKADEMİYASI Lənkəran şəhərində fəaliyyət göstərən peşəkar müəllim komandasından ibarət təhsil şirkətidir. Son illərdə cəmiyyətimizin ciddi ehtiyac duyduğu istiqamətlərdə ən keyfiyyətli xidmətləri təşkil etmək məqsədi ilə son illərin ən uğurlu müəllimləri hazırlıq mərkəzinə dəvət olunmuş və keyfiyyətli tədris həyata keçirilməkdədir. Sürətli dinamikayla inkişaf edən dünya təhsil prosesi ilə ayaqlaşmaq üçün təkmilləşmək vacib faktordur. Bu səbəbdən də ELM TƏDRİS AKADEMİYASI hazırlıq mərkəzi hər zaman daha peşəkar, daha motivasiyalı, daha fədakar, təcrübəli və savadlı müəllimlər axtarışını davam etdirir. Bu anket forması da qeyd olunan amillər nəzər alınaraq sizə təqdim olunmaqdadır. Əgər peşəkar komandamızda özünüzü görmək istəyirsizsə seçilmək üçün müraciət edə bilərsiniz.

Sizə təqdim etdiyimiz vakansiyalar 3 istiqamətdədir:

1) Fənn müəllimliyi (Bütün fənlərdən müraciətlər qəbul olunur)
2) Marketinq mütəxəssisliyi (İqtisadçı və ya özünü marketinq sahəsində görən enerjili insanlar dəvət olunur)
3) Menecment (İşləri düzgün planlaşdıran və idarə edən, müvafiq sahədə təcrübəsi olan insanlar dəvət olunur)

Qeyd edək ki, seçimlər xüsusi imtahan qaydalarıyla müxtəlif mərhələli şəkildə həyata keçiriləcəkdir!
Sign in to Google to save your progress. Learn more
ETA sadəcə bir təşkilat deyil, ETA bir ailədir və dəyərdir!
Hansı vakansiya üçün müraciət edirsiniz *
Adınız, soyadınız və ata adınızı yazın *
Təvəllüdünüzü yazın *
Hazırda daimi yaşayış ünvanınızı qeyd edin *
Bütün əlaqə telefon məlumatlarınızı daxil edin *
İxtisasınız nədir? *
Hansı Ali və ya orta ixtisas müəssisəsin bitirmisiniz? (və neçənci ildə) *
Qəbul imtahanında topladığınız bal  (və Təhsildə digər uğurlarınızı da qeyd edin) *
Siz müraciət etdiyiniz iş üçün niyə seçilməlisiz? (Sizi fərqləndirən ən azı 5 xüsusiyyəti qeyd edin) *
Kompüterlə hansı işləri görməyi hazırda bacarırsız? *
Ən zəif cəhətiniz nə ola bilər sizin fikrinizcə? *
Öz iş təcrübəniz haqqında məlumat verin (Harada və hansı vəzifələrdə çalışmısınız, işiniz nədən ibarət olub) *
İşinizdə yenilikçi olmağınızı necə ifadə edə bilərsiniz? *
Özünüzü bu işdə 3 il sonra hansı vəzifələrdə görə bilirsiz? *
Yuxarıda qeyd etdiyiniz məlumatlar sizi digər namizədlərdən fərqləndirməkdədir. Bu fərq işə götürən təşkilat olaraq məqsədimizə müsbət təsir edəcəksə Sizinlə əlaqə qurulacaq. (növbəti 2 ay ərzində)  Xüsusi imtahan qaydasıyla yoxlanılacaqsınız! Təşəkkür edirik! Daha ətraflı məlumat üçün zəng edə bilərsiz: 050 419 02 99
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. - Terms of Service - Privacy Policy

Does this form look suspicious? Report