"Ganja Big Idea Competition"
Gəncə şəhərində ilk dəfə təşkil edilən Böyük İdeya Müsabiqəsi bölgələrdən gələn tələbələrə öz biznes fikirlərini inkişaf etdirmək və təqdim etməklə mükafatlar qazanmaq imkanı verir.
Müraciət müddəti: 11 sentyabr-10 oktyabr, 2017-ci il
Finalçıların açıqlanma tarixi: 12 oktyabr, 2017-ci il
Final günü: 16 oktyabr, 2017-ci il


Bütün təqdimatlar rəyçi heyəti tərəfindən qiymətləndiriləcək. Ən yaxşı 10 təqdimat finalçı olaraq seçiləcək və 12 oktyabr tarixində Barama internet səhifəsində və bütün iştirakçıların email ünvanına məktub göndərilməklə elan ediləcək. Oktyabrın 16-da keçiriləcək finalda komandalar öz ideyalarını hakim heyətinə təqdim edəcəklər. Onlar biznes-planla birlikdə təqdimat hazırlamalı və 5 dəqiqə ərzində/5 dəqiqəlik sual-cavab sessiyasında yarışmalıdırlar. Qaliblər müsabiqənin sonunda açıqlanacaq.
Meyarlar:
Bu müsabiqənin məqsədi müxtəlif sahələrdə innovativ ideyalar tapmaqdır: startup ideyaları, mobil proqramlar, İnternet, proqram təminatı, oyunlar, xidmət proqramları, korporativ proqram təminatı, yeni biznes modelləri, xidmətlər, robotlar, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə, kənd təsərrüfatı, IoT, qeyri-neft sektoru, kimya üçün informasiya texnologiyaları.

Next
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Additional Terms