Mental Sağlamlıq Kampı: Ehtiyacların qiymətləndirilməsi | Nəfəs LGBTİ

Əziz icma, Nəfəs LGBTİ+ Azərbaycan Alyansı bu ilin yay aylarında mental sağlamlıq fokslu yay düşərgəsi təşkil etməyi planlayır. Tədbirin mövzu və əhəmiyyətini icmaya daha əlçatan və uyğun təşkil etmək üçün sizin köməyinizə ehtiyacımız var.

LGBTQİ+ mental sağlamlıq düşərgəsi üçün ehtiyacların qiymətləndirilməsi formasına xoş gəlmisiniz. Bu forma icma üzvlərinin mental sağlamlıq ehtiyaclarını anlamağa kömək etmək üçün hazırlanmışdır. Məqsədimiz bütün iştirakçıların öz mental sağlamlıq problemlərini müzakirə etmək və ehtiyac duyduqları dəstəyi əldə etməkdə rahat hiss etdikləri təhlükəsiz və inklüziv mühit yaratmaqdır.

Cavablarınız bizim üçün dəyərlidir və biz sizi cavablarınızda açıq və dürüst olmağa dəvət edirik. Bütün cavablar məxfidir. Yalnız ehtiyacların müəyyənləşdirilməsi üçün istifadə olunacaq. 

Bu ehtiyacların qiymətləndirilməsi formasını doldurmağa vaxt ayırdığınız üçün təşəkkür edirik. Sizin iştirakınız mental sağlamlıq düşərgəsindəki bütün iştirakçılar üçün dəstəkləyici və gücləndirici mühit yaratmağa kömək edəcək.


Sign in to Google to save your progress. Learn more
Mental Sağlamlıq Kampı
LGBTQİ+ olaraq yaşadığınız və ya müşahidə etdiyiniz mental sağlamlıq problemləri hansılardır?
*
Hazırda gender kimliyiniz və ya seksual oriyentasiyanızla bağlı stress və ya çətinliklərin öhdəsindən necə gəlirsiniz/gələ bilirsinizmi?
*
LGBTQİ+ mental sağlamlıq düşərgəsində hansı mental sağlamlıq mövzularının araşdırılmasını istərdiniz?
*
Təşkilat olaraq tədbirlərimizdə LGBTQİ+ icması üçün təhlükəsiz və inklüziv mühiti necə yarada bilərik?
*
Mental sağlamlığınızla bağlı narahatlıqlarınızı başqaları ilə müzakirə etməkdə özünüzü rahat hiss etmək üçün hansı dəstəyə və ya necə mühitə ehtiyacınız var?
*
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy