Davranış Mədəniyyəti Konsepsiyasının hazırlanması məqsədi ilə İctimai Rəyin öyrənilməsi sorğusu.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi vətəndaşları “Davranış Mədəniyyəti Konsepsiyası”nın hazırlanmasına dair sorğuda iştirak etməyə dəvət edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyət nazirini qəbul edərkən səsləndirdiyi “Mədəni irsimizin qorunması, saxlanılması, Azərbaycan mədəniyyətinin dünyaya təbliği, gənc nəslin Azərbaycan mədəniyyətindən, mədəni irsindən xəbərdar olması və milli ruhda tərbiyəsi işində Mədəniyyət Nazirliyinin rolunun yenidən formalaşdırılması” ilə bağlı strateji göstərişin icrası məqsədilə nazirliyin bu istiqamətdə fəaliyyəti üçün əsas platforma rolunu oynayacaq “Davranış Mədəniyyəti Konsepsiyası”nın hazırlanması prosesinə başlanılıb. Bu prosesin ilkin mərhələsi olaraq ictimai rəyin öyrənilməsi məqsədilə sorğu keçirilir.

Sorğunun keçirilməsinin məqsədi gənclərə milli-mənəvi dəyərlərin aşılanması, milli ruhda tərbiyə edilməsi və milli mənsubiyyətimizin qorunmasına töhfə verəcək “Davranış Mədəniyyəti Konsepsiyası”nın hazırlanmasında vətəndaşların rəyinin öyrənilməsidir. Milli-mənəvi dəyərlərə sahib cəmiyyətin, ələxsus gənc nəslin inkişafı Azərbaycanın daxili siyasətinin mühüm istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli-mənəvi dəyərlərin və mədəniyyətimizin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, “Xalqımızın iradəsi, milli köklərə bağlılığı imkan vermədi ki, xalqımız assimilyasiyaya uğrasın. Bizim mədəniyyətimiz milli mənsubiyyətimizi qorumaq üçün başlıca rol oynamışdır”.

Tariximizin müxtəlif dövrlərində milli-mənəvi dəyərlərimiz meyar olaraq xalqımızın milli düşüncəsinə, onun bir vətəndaş kimi formalaşmasına təsirini göstərib, bu gün də yetişən nəsil məhz bu prosesin içərisində özünü, Azərbaycançılıq məfkurəsini dərk edərək mövqeyini müəyyənləşdirib. Ümummilli lider Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya azərbaycanlılarının I qurultayında dövlətin siyasətini səciyyələndirərkən onun prioritet istiqamətini belə ifadə edib: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".

Bizim milli kimliyimizin əsas daşıyıcısı isə üçrəngli bayrağımızdır. Bayrağımızın daşıdığı ideallarına, xalqımızın milli-mənəvi dəyərlərinə sadiq nəslin yetişməsi bizim başlıca amalımıza çevrilib. Belə ki, Dövlət atributlarını bərpa edən ulu öndər Heydər Əliyev demişdir: "Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin...".

44 günlük “Vətən müharibəsi” zamanı Ali Baş Komandanın rəhbərliyi altında bayrağımızın ifadə etdiyi dəyərləri yaşatmaq və yüksəltmək üçün canını və sağlamlığını düşünmədən fəda edən Azərbaycan əsgəri bayrağımızın müqəddəsliyini yeni bir mərhələyə qaldırıb. Bununla da tarixin yeni səhifəsinə qədəm qoyan Azərbaycan xalqının qarşısında gündəlik həyatında da bayrağımızın ideallarının ətrafında daim səfərbər olmaq və dəyərlərini yaşatmaq kimi şərəfli vəzifə durur.

“Davranış Mədəniyyəti Konsepsiyası”nın da məqsədi bu fikir və dəyər səfərbərliyini asanlaşdıracaq ümumi platformanın yaradılmasıdır.

Qeyd edək ki, keçirilən sorğu vasitəsilə vətəndaşların milli və bəşəri dəyərlər haqqındakı fikirləri öyrəniləcək, bu dəyərlərin cəmiyyətdə mənimsənilməsi, qiymətləndirilməsi və insanların gündəlik həyatlarına olan təsiri ilə bağlı məlumatlar əldə ediləcək. Hazırlanan sorğudan əldə olunan məlumatlar milli-mənəvi dəyərlərə yanaşmanın müəyyənləşdirilməsi və vahid bir konsepsiyanın hazırlanmasında vacib mərhələdir.

Sorğuda könüllü olaraq 18 yaşından yuxarı hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər. Sorğu kompaniyası 1 (bir) ay müddətində aparılacaqdır.
Sign in to Google to save your progress. Learn more
Email *
Təlimat:
Mətndə verilmiş mühakimələri diqqətlə oxuyun və münasibətinizi bildirin. Bənddə bir neçə mühakimə verildikdə, həmin mühakimələrə birlikdə ümumiləşdirilmiş münasibət bildirin. Bunun üçün müvafiq cavab variantını qeyd edin. Sorğu anonim və tədqiqat xarakterli olduğundan səmimi olmağa və sürətlə cavablandırmağa çalışın.

Orta hesabla bir dəqiqəyə 5 sualı cavablandırmağa çalışın. Sorğunu 15 dəqiqəyə cavablandırmağınız arzuediləndir.

Mühakimə və cavablar arasında uyğunsuzluq hiss etsəniz, ehtimal etdiyiniz varianta uyğun cavablandırın. Əməkdaşlığınız üçün təşəkkür edirik!

Siz verilən hər mühakiməyə iki münasibət bildirməlisiniz:

- I sətirdə xüsusiyyətlə bağlı sizin real vəziyyətinizi (“real məni”);

- II sətirdə xüsusiyyətlə bağlı istək və ya arzunuzu (“ideal məni”).

I və II sətirlərdə distraktorlar – seçimlərə uyğun olaraq aşağıdakıları ifadə edir:

“A” - belə bir xüsusiyyət sizdə (yoxdur / olmasını istəməzdiniz);

“B” - vəziyyətdən asılı olaraq (dəyişir / dəyişməsini istərdiniz);

“C” - olmasına üstünlük (verirsiniz / vermək istəyərdiniz);

“D” - ciddi səbəb olmadıqda (edirsiniz / etmək istəyərdiniz);

“E” - istisnasız həmişə (edirsiniz / etmək istəyərdiniz).
Yaşınız *
Cinsiniz *
Təhsiliniz *
Peşəniz *
Hazırki fəaliyyətiniz *
Maraq sahəniz *
1. “Ancaq özü ədalətli olanın ədalət ummağa haqqı var” prinsipi ilə yaşamaq.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
2. Fiziki, mənəvi, maddi və intellektual dəstəyə ehtiyacı olanlara yardım etmək.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
3. “Allah rizası üçün sədəqə, zəkat və borc verənin malı bərəkətlənir, bu yola xərclədiyin artıqlaması ilə özünə qayıdır” mövqeyində olmaq.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
4. İnzibati, sosial və ictimai statusundan asılı olmayaraq hər kəslə nəzakətlə və etik qaydalara əməl edərək davranmaq.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
5. Məkandan, zamandan və şəraitdən asılı olmayaraq etibarı, göstərilən etimadı doğrultmaq.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
6. Həyatda mübariz olmaq.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
7. Məqsədə çatmaq üçün maneə və çətinliklərə qarşı cəsur olmaq.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
8. Uğur qazanmaq üçün prinsipial olmaq.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
9. İnsanları pisliklərdən çəkindirmək və yaxşılığa dəvət etmək.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
10. Çətinlik və maneələrlə rastlaşdıqda məqsədini deyil, ona gedən yolu dəyişmək.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
11. Həmişə fiziki mədəniyyət və sağlamlıq üçün çalışmaq, nələrsə etmək.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
12. Fiziki sağlamlığı tətbiqi bacarıqlarla – idman, əyləncə, maraq və əmək fəaliyyətində inkişaf etdirmək.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
13. Emosiyaları situasiyaya uyğun idarə edə bilmək, tənzimləmək.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
14. Düşüncələri sərbəst ifadə etmək və müstəqil qərarlar qəbul etmək.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
15. Məqsədə nail olmaq üçün başqaları ilə əməkdaşlıq etmək.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
16. "Başqasının əməyini, bacarıq və qabiliyyətini səmimi etiraf edib, uğurlarına sevinmək, minnətdar olmaq mənəvi zənginliyə dəlalət edir” fikrinə münasibət.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
17. “Ortaq dilə, dinə və mədəniyyətə malik olanlarla, dostlarla ünsiyyət daha səmimi və daha maraqlıdır” fikrinə münasibət.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
18. Həm zehni, həm də fiziki cəhətdən çalışqan olmaq.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
19. Mövcud qayda-qanunlara əməl etmək, intizamlı olmaq.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
20. Həyat və fəaliyyətdə təşəbbüskar olmaq.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
21. Baş verə biləcək hadisələrə qarşı öncədən tədbirli olmaq.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
22. Məsuliyyətli olmaq.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
23. Ətrafdakılarla ünsiyyət qurmağı bacarmaq.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
24. Həyatda uğur qazanmaq üçün liderliyi bacarmaq.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
25. Maraqlı məsələyə dair əlavə məlumat əldə etmək üçün araşdırma aparmaq.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
26. “Qonaq: Allah qonağıdır; ruzisi özündən əvvəl gəlir; evin yaraşığı və bərəkətidir”, “Qonaq açmayan qapını xəstəlik açar” mövqeyinə münasibət.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
27. “Böyüyə hörmət, kiçiyə şəfqət” fikrini həyat prinsipi kimi yaşamaq.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
28. “Müəllim cəmiyyətin qurucusudur” fikrinə münasibət.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
29. Yeniliklərə, fərqli, bəzən də adət edilməyən münasibət və yanaşmalara tolerantlıq nümayiş etdirmək.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
30. Hər hansı işi görəndə onun yaxın və uzaq gələcəkdəki mümkün nəticələri, başqa məsələlərə təsiri haqqında düşünmək.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
31. Mövcud problemə başqalarından fərqli şəkildə yanaşmaq, “başqa tərəfdən baxmaq”, həlli, ilk baxışda, məntiqsiz görünən yerlərdə axtarmaq.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
32. Bir problemi həll edərkən onun təsir edəcəyi digər məsələlərlə əlaqəli şəkildə həll etmək.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
33. Həyatı “Qarşıya çıxan yenilikləri öyrənmək”, “İnkişafdan kənarda qalmamaq”,“Həyat inkişafdır” çağırışı ilə yaşamaq.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
34. Yeni texnologiyaların yaratdığı imkanlardan məişətdə və fəaliyyətdə maksimum faydalanmağa çalışmaq.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
35. Müasir sosial-iqtisadi münasibətlər sisteminə uyğunlaşmaq və istifadə etmək.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
36. "Fikir ayrılığında həyat yoldaşını başa düşməyə çalışmalı, ona hörmətlə yanaşmalı və dəyər verilməlidir” münasibətində olmaq.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
37. Övladın necəliyindən asılı olmayaraq valideynin övladları qarşısında öz borclarını minnət qoymadan yerinə yetirməsi.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
38. Malik olan hər hansı bir imkanı, potensialı, qabiliyyəti mövcud tələbata uyğunlaşdırıb gəlir mənbəyinə çevirmək.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
39. Malik olduğu biliklərdən real həyat şəraitində qarşıya çıxan problemlərin həllində istifadə etmək.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
40. Məsələlərdə qanunauyğunluqları, səbəb-nəticə əlaqələrini müəyyən etmək.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim
Clear selection
41. Deyilənləri “Dərhal” qəbul etməmək, məsələyə “etibar et,ancaq həm də yoxla”, “başqa cür də ola bilər” kimi yanaşmaq.
Məndə belədir
Clear selection
Məndə belə olmasını istərdim