"Sabaha baxış" layihəsi
Azərbaycan Respublikasının Gənclər Fondunun (AzGF) maliyyə və Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilati dəstəyi ilə ADPU-un Filologiya fakültəsinin III kurs tələbəsi Lamiyə Rzayevanın layihə rəhbəri olduğu “Sabaha baxış” layihəsinə start verilir.
Məhz bu layihə özünü təsdiq etmək istəyən hər bir kitabsevər ADPU tələbəsi üçün unikal fürsətdir!

Layihənin məqsədi
Layihə gənclərdə kitaba marağın, tənqidi təfəkkürün, analiz etmə qabiliyyətinin və mütaliyə vərdiş və mədəniyyətinin formalaşmasına xidmət edir və müsabiqə fomrasında həyata keçiriləcək.
Müsabiqənin şərtləri :
İştirakçı gənclər ilk olaraq onlara bədii, estetik, fəlsəfi cəhətdən daha çox təsir edən bir əsər haqqında öz fikirlərini - esse yazmalıdır.
Esseyə verilən tələblər :
- MS Word mətn redaktoruna, Times New Roman şriftində, 14 ölçüdə yazılmalı;
- Esse maksimum 3 A4 həcmində olmalı;
- Esse kağız daşıyıcıda ADPU TGT-yə təqdim edilməli və eyni zamanda elektron halda rzayevalamiye899@gmail.com
ünvanına göndərilməlidir.
İkinci mərhələyə seçilən 30 iştirakçı keçəcək və iştirakçılara əvvəlcədən tərtib edilmiş siyahı üzrə tələbə-gənclərin oxuması vacib sayılan 5 əsər təqdim olunacaq ki, iştirakçı bu kitabları mütaliə edib nəticə çıxarmalı, final mərhələsində isə əsərlərdən əldə etdikləri nəticələri, əsərlər haqda şəxsi təhlili-tənqidi fikirlərini geniş auditoriya qarşısında ifadə edəcəklər. Çıxışı bəyənilmiş iştirakçılar arasından qaliblər müəyyən olunacaq.
Layihənin hədəflərinə gənclərin kitaba marağını artırmaq, sosial aktivliyi inkişaf etdirmək, nitq qabiliyyətinin möhkəmləndirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, elmi-publisistik üslubda məqalə və esse yazmaq bacarığının və gənclər arasında sağlam rəqabətin formalaşdırılması aiddir.

Keçirilmə yeri: ADPU-un əsas tədris binası

Əlaqə: 0776418004 (Taleh Budaqov)

Email address *
Ad *
Soyad *
Ata adı *
Təhsil aldığınız ali məktəb *
Üstünlük verdiyiniz janr *
Özünüz haqqında qısa məlumat (gündəlik fəaliyyətiniz, sosial aktivliyiniz, maraqlarınız və s.) *
Əlaqə nömrəsi *
Email ünvanı *
Bədii, estetik, fəlsəfi cəhətdən daha çox təsir edən əsər haqqında yazdığınız esseni bu bölməyə əlavə edə bilərsiniz. Esseyə verilən tələblər : - MS Word mətn redaktoruna, Times New Roman şriftində, 14 ölçüdə yazılmalı; - Esse maksimum 3 A4 həcmində olmalı;
Submit
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. - Terms of Service