Hörmətli namizəd,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində laborant vəzifəsinə işə qəbul müsabiqəsində iştirak etmək üçün aşağıdakı məlumatları doldurmağınız tələb olunur. Hazırki qeydiyyat forması 06 aprel 2025-ci il saat 12:00-dək aktiv olacaqdır. Bir namizəd bir neçə dəfə qeydiyyatdan keçdiyi halda, sonuncu qeyd olunan məlumat əsas olaraq nəzərə alınacaqdır.
Müraciət edən namizədin məlumatları yoxlandıqdan sonra, müsahibədə iştirak etmək üçün ona müsahibənin tarixi və məkanı haqqında qeyd etdiyi mobil nömrəsinə sms vasitəsilə məlumat göndəriləcəkdir. Müsahibəyə gələrkən namizəd şəxsiyyətini təsdiq edən sənədi özü ilə gətirməlidir.
Nəzərinizə çatdırılır ki, məlumatların düzgünlüyü ilə bağlı məsuliyyəti namizəd özü daşıyır. Məlumatlarda uyğunsuzluq olduğu təqdirdə müsabiqənin istənilən mərhələsində həmin namizəd üçün işə qəbul prosesi dayandırıla bilər. Xahiş olunur ki, məlumatları daxil edərkən diqqətli olasınız.
Uğurlar arzu edirik !