“Hər vücudun danışacaq bir hekayəsi var” layihəsinin qeydiyyat forması
DanceAbility Аzərbaycan - İnklüziv Nümayiş Şirkəti “Hər vücudun danışacaq bir hekayəsi var” adlı sosial layihəsini təqdim edir.
Layihənin ZOOM platforması vasitəsilə onlayn formatda keçirilməsi, Azərbaycanın müxtəlif regionlarından olan insanların da bu tədbirdə qatılmasına imkan yaradır.
Layihənin əsas məqsədi inklüziv bədən yönümlü məşqlər vasitəsi sağlamlıq imkanları məhdud olan və olmayan uşaq, gənc, əlilliyi olan və olmayan yetişkinlərin və müharibə qazilərin fiziki və emosional vəziyyətinin inkişafına yönəlib. İnklüziv məşqlər DanceAbility® metodologiyasına əsaslanır.
DanceAbility® proqramı təhlükəsiz və qərəzsiz mühit yaradaraq, iştirakçılara bədən vasitəsilə öz emosiyalarını ifadə etmək, həmçinin empatik ünsiyyət qurmağa imkan verən universal dili öyrədir. Proqramdakı əksər məşqlər cütlük və qrup şəklində həyata keçirilir ki, bu da öz növbəsində iştirakçılar arasında mənəvi yaxınlığın və birlik hissinin yaranmasına gətirib çıxardır. Bədən yönümlü məşqlər həm də ruhun dincəlməsi üçün şərait yaradır.
İnklüziv bədən yönümlü məşqlərinin Sizlər üçün yaratdığı bərabər imkanlarla tanış olun 🔰
✅ hərəkət lüğətinin genişləndirilməsi;
✅ özünü fərd olaraq ifadə etmə;
✅ insanlar arasında əlaqənin hiss olunması;
✅ ünsiyyət bacarığının inkişafı;
✅ empatiya və yaradıcılığın inkişafı;
✅ intuisiyanın gücləndirilməsinə kömək edir
Program uşaq, yeniyetmə və yetişkinlər üçün nəzərdə tutulmuş qruplardan ibarətdir.
Tarix: İnklüziv məşqlər 6 fevral, 2022-ci il tarixindən başlayacaqdır
Proqramın müddəti: Həftədə bir gün, 60-90 dəqiqə arası
Məkan: Onlayn formatda / ZOOM platforması
Proqramda iştirak etmək ödənişsizdir
Qeydiyyat formunu doldurub hərəkət terapiya programından faydalana bilərsiniz.
Proqram DanceAbility® metodu üzrə beynəlxalq dərəcəli baş təlimatçı Nigar Sultanova tərəfindən keçirilir.
Proqram haqqında əlavə məlumat almaq üçün ☎+994 (51) 415 16 85 nömrəsinə zəng edə bilərsiniz