“ŞİDDƏTİN RƏNGİ” rəsm müsabiqəsi
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 17 dekabr 1999-cu ilin 54/134 qətnaməsinə əsasən, 25 noyabr qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü kimi qeyd olunur. Bu istiqamətdə BMT Baş Assambleyası ictimaiyyətin diqqətinin bu problemə yönəldilməsi üçün hökumət, qeyri-hökumət və beynəlxalq təşkilatlara bu mövzuda müxtəlif tədbirlərin keçirilməsini təklif edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz növbəsində qadına qarşı zorakılıq, məişət zorakılığı əleyhinə maarifləndirmə tədbirlərinin təşkili istiqamətində “ŞİDDƏTİN RƏNGİ” adlı rəsm müsabiqəsi elan edir. Müsabiqənin məqsədi yeniyetmə və gənclər arasında məişət zorakılığı anlayışı, məişət zorakılığı hallarının və onun doğurduğu mənfi nəticələri barədə məlumatlılığın artırılması, yüksək mədəniyyətə və qarşılıqlı hörmətə əsaslanan ailə münasibətlərinin təbliğ edilməsi, bu problemin miqyası, təzahürü və cəmiyyətin müxtəlif sahələrinə mənfi təsiri barədə maarifləndirmə işinin aparılmasıdır.
Rəsm əsərlərinin məzmunu məişət zorakılığına məruz qalmış qadını əks etdirməlidir. Çəkilən əsərlər yağlı boya, akvarel, quaş, qrafika və. s texnikalarla işlənə bilər. Qeydiyyat noyabr ayının 20-dək aparılacaq.
Qaliblər:
Çəkilən rəsmlər və şəxsiyyət vəsiqəsinin sürəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Sosial təminat siyasəti şöbəsinə təqdim edilməlidir. (Ünvan: Salatın Əsgərova 85, əlaqə telefonu 541 97 27).
Seçim 15 - 29 yaş kateqoriyası üzrə keçirilir və sərgidə nümayiş üçün seçilən iştirakçılara Fəxri fərman və pul mükafatları təqdim ediləcəkdir.
1-ci yer üzrə 1 nəfərə 500 manat,
2-ci yer üzrə 2 nəfərin hər birinə 300 manat,
3-cü yer üzrə 3 nəfərin hər birinə 200 manat,
həvəsləndirici yerlər üzrə 5 nəfərin hər birinə 100 manat
Musabiqənin qalibləri haqqında məlumat 25 noyabr qadın zorakılığına qarşı beynəlxalq mübarizə günündə ictimaiyyətə açıqlanacaqdır.
Məişət zorakılığı - yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bir yerdə yaşadığı ailə üzvünün, yaxın qohumunun, qanuni nikahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxsin ona qarşı qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır.
Müsabiqə iştirakçısının soyadı, adı və ata adı *
Your answer
Doğum tarixi *
MM
/
DD
/
YYYY
Email *
Your answer
Əlaqə nömrəsi *
Your answer
Şəklin təsviri haqqında qısa məzmun *
Your answer
Submit
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy