Kampaniya çərçivəsində bu həftə araşdırmaçı jurnalist Xədicə İsmayıla (5 dekabr tarixində həbsindən bir il ötür), Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədliyə (16 dekabr tarixində həbsindən 2 il ötür) , N!DA Vətəndaş Hərəkatının üzvü Əbdül Əbilova (17 dekabr doğum günüdür), hüquq müdafiəçisi Leyla Yunusa (21 dekabr doğum günüdür) və hüquq müdafiəçisi Rəsul Cəfərova məktub yaza bilərsiniz.