"Gənc müəllim - BİRincidir" layihəsi
“Gənc Müəllim - BİRincidir” layihəsinin əsas məqsədi pedaqoji ixtisaslarda təhsil alan tələbələrin peşə qabiliyyətlərini artırmaqdan ibarətdir. Layihə çərçivəsində tələbə-könülülər sinfin idarə olunması, dərsə hazırlıq, konstruktiv, təşkilatçılıq və kommunikativ komponentlərin formalaşması, şagirdlərin qorunması və İT inteqrasiya mövzularında təlimlərdən faydalana biləcəklər.
Təlim modulları:
- Fundamental müəllimlik təlimi nədir;
- Müəllimin pedaqoji ustalığı;
- Dərsə hazırlıq və şagirdin sinifə gətirdiyi şəxsi keyfiyyətlər;
- İzahatın quruluşu
- Sinfin idarə olunması;
- Planlama;
- Emosional intelekt;
Siz də gələcəyin nümunəvi müəllimlərindən olmaq istəyirsinizsə, bu fürsəti qaçırmayın və elə indicə qeydiyyatdan keçməyə tələsin:
Tarix: 10 noyabr 2021-ci il tarixindən etibarən hər həftənin 3-cü günü
Saat: 1-ci növbə: 10:00-13:00 2-ci növbə 14:00-17:00
Qeyd:
1. Təlim 7 moduldan ibarətdir.
2. Son kurs tələbələrin qeydiyyatdan keçməsi məqsədəuyğundur.
3. "Office" proqramlarından istifadə etmək bacarığının olması üstünlükdür
4. İngilis dili biliyinin olması üstünlükdür