Request edit access
"Yeni Nəsil 2.0" layihəsinə qeydiyyat formu
Sahibkar olmaq istəyirsən? İdeyan var, amma investisiya yoxdur? Sahibkarlıq təhsili əldə etmək istəyirsən? O zaman yaxın əyləş, çünki bu layihə tam da sənə görədir.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, "Coca-Cola" fondu və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi, “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə “Yeni Nəsil 2.0” (New Generation 2.0) layihəsinə qeydiyyat başladı!

“Yeni Nəsil 2.0” Azərbaycanda gənclərin və qadınların sahibkarlıq fəaliyyətində iştirak etməsinə imkan yaradan və biznesə dəstək verən layihədir. Bu il ərzində keçiriləcək layihənin əsas istiqamətləri ilə tanış olun:

• Sahibkarlıq haqqında məlumatlılığı artırmaq;
• Sahibkarlıq təhsili vermək;
• Qadın sahibkarlığının gücləndirilməsinə dəstək göstərmək;
• Gənclərə və qadın sahibkarlara dəstək vermək;
• Yeni müəssisələr və yeni iş imkanları yaratmaq;
• HoReCa kanalı arasında təşəbbüskar və yenilikçi fəaliyyəti artırmaq;
• Kənd təsərrüfatında təşəbbüskar və yenilikçi fəaliyyəti artırmaq.

Layihə ölkəmizin Bakı, Abşeron-Qobustan, Şəki-Zaqatala, Gəncə-Qazax, Sabirabad və Lənkəran bölgələrindən olan gəncləri əhatə edəcək.

5 mərhələdən ibarət layihənin birinci mərhələsi olan #Başla mərhələsində gənclər arasında sahibkarlıq haqqında məlumatlılığın artırılması ilə bağlı təlimlər yer alacaq. Peşəkar təlimçilər tərəfindən gənclərin sahibkarlığın əhəmiyyəti haqqında biliklər əldə etmələri, gələcəkdə öz bizneslərini qurmaq üçün lazım olacaq bacarıqlara yiyələnmələri üçün müxtəlif təlim və sessiyalar təşkil ediləcək.


Son müraciət tarixi: 30 Mart 2021-ci il, saat 23:59

Uğurlar!
Next
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy