Azərbaycan Texniki Universiteti (AzTU) ölkəmizin elmi və texnoloji tərəqqisinə töhfə verən
görkəmli şəxsiyyətlərin yetişdirilməsində tarixi FDbir missiya daşıyır. Universitetin məzunları milli
inkişafın öncüllərindən olaraq, sənayenin müxtəlif sahələrində fəaliyət göstərirlər. Bu əlamətdar
nailiyyətləri bir araya gətirmək və möhtəşəm bir irsin davamlılığını təmin etmək məqsədilə
Məzunlar Assosiasiyasının yaradılması təşəbbüsü irəli sürülmüşdür.
Bu Assosiasiya, universitetin məzunlarının bilik və təcrübələrini bir araya gətirən, qarşılıqlı
əməkdaşlığı daha da gücləndirən, eyni zamanda milli maraqlara xidmət edən strateji layihələrin
həyata keçirilməsi üçün unikal bir platforma olacaqdır.
Əlaqələndirici şəxs: Karyera və məşğulluq mərkəzinin müdiri Ülviyyə Rəsulova Zakir qızı
(email: ulviyye.resulova@aztu.edu.az, Tel.:+994 50 261 38 16).