Hörmətli valideyn,
Business School Ismayıllı və ITAC-ın birgə təşkil etdiyi "Speak English with Confidence!" proqramına göstərdiyiniz marağa görə təşəkkür edirik.
Bu proqram 5–17 yaşlı uşaqların Cambridge Assessment English standartlarına uyğun şəkildə ingilis dilində sərbəst danışıq, dinləmə, oxuma və yazı bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. Dərslər müasir tədris metodları və interaktiv fəaliyyətlər əsasında təşkil olunur.
Zəhmət olmasa, aşağıdakı məlumatları dəqiq və tam şəkildə doldurun. Təqdim etdiyiniz məlumatlar qeydiyyat prosesinin düzgün aparılması və sizinlə operativ əlaqə saxlanılması üçün istifadə olunacaq.
📌 Qeyd: Formu doldurmaq qeydiyyat üçün ilkin müraciət hesab olunur. Qruplaşdırma tamamlandıqdan sonra sizinlə əlaqə saxlanılacaq və dərslərin başlama tarixi, qrafiki və digər ətraflı məlumatlar təqdim ediləcək.
Sizi və övladınızı yeni tədris mövsümündə aramızda görməkdən məmnun olarıq! 🌟