Request edit access
Seçdiyin ixtisas barədə peşəkarlardan məlumat almaq istəyirsən?-AzEdu.az-ın treninqinə qatıl!
Artıq ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsi başa çatıb. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün imtahandan sonra çətin və bir o qədər də məsuliyyətli iş məhz ixtisas seçimidir. Lakin təhsil aldığınız ixtisas üzrə işləmək şansınız o qədər də yüksək deyil. Məsələn, tərçüməçi,filoloq üzrə təhsil alıb müəllim işləyəcəyini düşünürsən? Elə isə sən də seçmək istədiyin ixtisas barədə ətraflı məlumat əldə etmək üçün AzEdu.az-ın sənin üçün təşkil etdiyi xüsusi treninqdə iştirak et.

Treniniqdə 9, 10 və 11-ci sinif şagirdləri və əvvəllki illərin məzunları ilə yanaşı, valideynlər də iştirak edə bilərlər. Treninq 17 iyun saat 12:00-14:00-da Azərbaycan Dövlət İqtisad Universitetində( İçərişəhər korpusu) keçiriləcək. Gələrkən şəxsiyyəti təsdiq edən sənədi gətirməyi unutmayın.

Son qeydiyyat tarixi: 16 iyun saat 18:00
Qeydiyyatla bağlı hər hansı sualınız yaranarsa, 055-329-48-78 nömrəsinə zəng edə və ya "whatsapp"-a yaza bilərsiniz. Qeydiyyatdan keçən hər kəslə əlaqə saxlanılacaq.

Treninqdə:

Seçdiyin ixtisasın tədris olunduğu universitetlər;
Həmin ixtisas üzrə gələcək iş imkanları;
Hansı ixtisaslar üzrə ixtisasartırma kurslarına ehtiyac;
Və ixtisaslarla bağlı sizi maraqlandıran digər suallardan bəhs ediləcək.

AzEdu.az sizin bütün suallarınızı dəqiq cavablandıracaq mütəxəssisləri Azərbaycanın qabaqcıl ali təhsil müəssisələrində çalışan səlahiyyətli nümayəndələr arasından seçib.

Treninqdə iştirak edəcəklər:

I ixtisas qrupu üzrə:
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tədris işləri üzrə prorektoru Qasım Məmmədov;

II ixtisas qrupu üzrə:
Azərbaycan Dövlət İqtisad Universitetində rektor köməkçisi Ramil Cabbarov;

III ixtisas qrupu üzrə:
Bakı Dövlət Universitetinin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Sani Hacıyev;

IV ixtisas qrupu üzrə:
Azərbaycan Tibb Universitetinin Tədris şöbəsinin müdiri Samir Cavadov.

Ad, soyad, ata adı *
Your answer
Əlaqə nömrəsi (AKTİV) *
Your answer
Statusunuz *
Neçənci sinifdə təhsil alırsınız? (abituriyentlər üçün)
Treninqdə niyə iştirak etmək istəyirsiniz? *
Your answer
Submit
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Additional Terms