Request edit access
Speak Glocal: Məcburi köçkün məktəbləri üçün layihə
Speak Glocal Platforması məcburi köçkün məktəblərində fəaliyyət göstərən ingilis dili müəllimlər üçün yeni layihə elan edir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə 2020-ci ilin son aylarında Speak Glocal platforması məcburi köçkün məktəblərində ingilis dilini tədris edən müəllimlər üçün yeni layihəyə başlayacaq. Azərbaycan Respublikası Dağlıq Qarabağın Azərbaycanlı İcmasının təhsilə dəstək təşəbbüsü fonunda bu layihə məcburi köçkün müəllimləri və şagirdlərini düzgün hədəflərə yönəltmək naminə sıx əməkdaşlıq bağları qurub.

Əsas məqsədimiz nədir?

- İngilis dili müəllimləri üçün onlayn tədrisin təşkil olunmasında müxtəlif alətlərin və fəaliyyətlərin tətbiqi;
- Tədrisdə rəqəmsal alətlərin və yeni metodların istifadəsi;
- İngilis dili müəllimlərinə dil və tədris bacarıqlarını inkişaf etdirmək və aktivləşdirmək üçün dəstək verilməsi;
- Müəllimlərin ingilis dili biliklərini təkmilləşdirmək və tələbə yönümlü, fəaliyyətə əsaslanmış müasir metodikanı inkişaf etdirmək.

Beləliklə şagirdlər ingilis dili müəllimlərinin daha yaxşı öyrədilməsindən bəhrələnəcək və bununla da ingilis dili bacarıqlarını və iş qabiliyyətlərini artıracaqlar.

Onalyn keçiriləcək proqram iki hissədən ibarət olacaq:
1. Müəllimlər üçün təşkil olunmuş seminarlar
2. Şagirdlər üçün təşkil olunmuş tədbir

Təlim Ukraynadakı "Go Global" tərəfdaş təşkilatımızın mütəxəssisləri tərəfindən keçiriləcəkdir.
GoGlobal Ukraynada yaradılmış və ölkə daxilində 1700-dən çox məktəb və 160.000 şagirdlə işləyən təhsil platformasıdır.

Belə ki, layihə çərcivəsində məcburi köçkün məktəblərində ingilis dilini tədris edən 50 müəllim seçiləcək. Müəllimlər 8 vebinarda iştirak edəcəklər.

Bundan sonra 50 müəllimdən 10 müəllim seçilərək məcburi köçkün məktəblərində təhsil alan şagirdlərə 2 günlük təlim keçəcəklər.

Bu layihə kimlər üçündür?

- Məcburi köçkün məktəblərində ingilis dili müəllimi kimi fəaliyyət göstərənlər.
🗓Nə vaxt?

- 2021-ci ilin yanvar və fevral ayları boyunca hər şənbə günü
📌Nə?

- Beynəlxalq tərəfdaş "Go Global" tərəfindən keçirilən 8 vebinar, Speak Glocal və ABŞ Səfirliyi tərəfindən imzalı sertifikat

Layihədə iştirak ödənişsizdir

Təlimdə iştirak etmək üçün tələblər:
✅3 ildən çox ingilis dilinin tədrisi üzrə təcrübə
✅Göstərilmiş tarixlərdə onlayn seminarlarda iştirak
✅Sabit internet
✅Onlayn seminarlara qoşulmaq üçün noutbuk və smartfon


Son tarix: 30 noyabr 2020
Seçim prosesi ərizələrin qəbulu ilə paralel aparılacaq, ona görə müraciət etməyə tələsin.

☎ Əlavə suallar üçün bu nömrə ilə əlaqə saxlaya bilərsiz: 0506828478 Arzu Ağazamanova

"Speak Glocal" artıq 1 ildən çoxdur ki, fəaliyyət göstərən, Azərbaycanın bütün regionlarından olan, ingilis dilini innovativ təlim metodu ilə tədris edən 500-ə yaxın müəllimdən ibarət cəmiyyət formalaşdıran və peşəkarlığı yüksəldən bir platformadır.
Name and Surname *
Phone number *
E-mail: *
Date of Birth *
MM
/
DD
/
YYYY
Tell us about yourself *
Your education, work/volunteering experience/hobbies/educational programs that you were a part of. Minimum of 200 words is required.
How long have you been teaching English? *
Do you have a notebook or smartphone? *
What makes you the best candidate for this program? How will you use the knowledge in your daily work? *
A minimum of 150 words required.
Have you participated in any kind of trainings before? *
If yes, which ones?
Will you be able to share the gained knowledge with pupils in your school? *
Language knowledge *
Basic
Lower Intermediate
Intermediate
Upper Intermediate
Advanced
Native
English
Azerbaijani
Russian
Can you be present in all of the 8 webinars on the dates mentioned? *
To make your experience really strong, we are making this a requirement.
Anything else you would like to tell / ask us?
Submit
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy