Qeydiyyat formunu doldurandan sonra ən yaxın zamanda keçirilən dərslər haqqında sizə məlumat veriləcəkdir.
Dərslər ödənişsizdir. Dərslər hər bir kəsə uyğundur; peşəkar və həvəskar rəqqaslar, əlilliyi olan və olmayan insanlar, habelə özünü kəşf etməyə və ünsiyyət üçün müxtəlif vasitələrlə tanış olmağa maraqlı olan hər bir şəxs.
DanceAbility® metodu ilə inklüziv rəqs dərsləri sizə aşağıdakı imkanları yaradır:
- özünü fərd olaraq ifadə etmə
- insanlar arasında əlaqənin hiss olunması
- ünsiyyət üçün müxtəlif vasitələrlə tanışlıq
- empati qurma qabilliyəti
- yaradıcılığın inkişafı
- yeni tanışıqlar əldə etmə
Və nəhayət əyləncə!
“DanceAbility Azərbaycan” İnklüziv Rəqs Təşkilatı haqqında:
2017-ci ildə Bakı şəhərində təsis edilmiş “DanceAbility Azərbaycan” İnklüziv Rəqs Təşkilatının amalı ustad dərslər, seminarlar, meditasiya, inklüziv müəllim təlim proqramları və rəqs tamaşaları vasitəsi ilə inklüziv cəmiyyətin inkişafına töhfə verməkdir.
Əlilliyi olan və olmayan, müxtəlif yaş, peşə və həyat təcrübəsinə malik olan insanları bir araya toplayan “DanceAbility Azərbaycan” İnklüziv Rəqs Təşkilatı, dünyanın bütün "DanceAbility" təşkilatları kimi iştirakçılarda özünüifadə, özünəinam, yaradıcı olmaq, ünsiyyət bacarıqları və empatiya kimi müsbət keyfiyyətləri inkişaf etdirməyə dəstək olur.
Dərslər sayəsində iştirakçılar yeni dostluq münasibətləri qurur, əldə edilmiş təcrübə və bacarıqları gündəlik həyatlarında tətbiq edirlər.
Təsisçi/rəhbər: Nigar Sultanova
Bədii rəhbər/xoreoqraf: Nigar İbrahimbəyli
Suallarınız və təklifləriniz üçün bizə müraciət edin:
☎ +994 51 415 16 85
nsultanova@danceability.az Facebook: danceabilityazerbaijan
Instagram: danceabilityaz