Muhasibatlıq sahəsini 0-dan,tam praktiki olaraq öyrənmək üçün Sizi “PORT Education Center”MMC-nin təşkilatçılığı ilə keçirilən 0-dan Muhasib Təlim proqramına dəvət edirik.Qeyd edək ki, təlimdə keçirilən mövzularla siz muhasibat sahəsini nəzəri və praktiki olaraq daha dərindən öyrənəcəksiniz.
Audit, tikinti şirkəti, qida sektoru, turizm, bank, təhsil və digər kateqoriyalara aid olan şirkətlərin ƏDV, Sadələşdirilmiş Vergi hesabatlarının verilməsi, İşçi əmək haqqlarının hesablanması, BTB proqramı, DSMF, Gəlir və Mənfəət Vergisi eyni zamanda muhasibatlığa aid digər mövzular praktiki olaraq keçirilir.
Təlimin sonunda sertifikat verilir !
Təlimçilərimiz🔻
Fərid Hüseynov hazırda neft şirkətində baş muhasib vəzifəsində çalışır. Təhsilini muhasibatlıq üzrə doktorantura səviyyəsində almışdır. Eyni zamanda bir çox şirkətlərdə muhasibat üzrə xidmət göstərir.
Zaur Hüseynov hal-hazırda “Tax Services” MMC Consulting şirkətində baş mühasib vəzifəsində işləyir. Bir çox şirkətlərin rəsmi mühasibatlıq işlərini aparır. Fəaliyyəti dövründə “The Institute of İnternal Auditors”,”Tax and Accounting Training Center” beynəlxalq təlim kurslarını uğurla bitirmişdir. İFRS diplomu, FR beynəlxalq sertifikat eyni zamanda “Peşəkar Muhasib Sertifikatının”sahibidir.
Digər təlimçi, baş mühasib Lalə xanım Musayeva muhasibat ixtisasını İstanbul Ankara Universitetində almışdır.
Muhasibat sahəsində olan təcrübə və biliylərini sizə izah edib, bütün suallarınızı cavablandıracaq.
☑️Vergi hesabatlarının verilməsi, Bəyannamələrin yığılması, DSMF,Əmək haqqı,Kassa və Bank, Mənfəət Zərər,Balans və digər mövzular tam praktiki olaraq keçirilir.
☑️Mühasib mütəxəssisi olaraq istənilən sahədə sərbəst işləyə biləcəksiniz!
☑️Bəzi dərslərdə istifadə üçün şəxsi nootbok olması tövsiyyə olunur.
☑️Keçirilən materiallar sizə pdf formada göndərilir.
4 aylıq Tədris Planı
1-ci ay 1C 8.3
- Kasssa və Bank əməliyyatları
- Debet və kredit anlayışı
- Bank çıxarışlarının yığılması
- Ödəniş tapşırıqları
- ƏDV Depozit hesabı
- Ezamiyyə
- Təhtəlşəxs hesablar
- Avans Hesabatı
- Əmək haqqı
- Məzuniyyət hesablanması
- Son haqq hesab,tabel,xəstəlik vərəqələri
- Müxabirləşmə
- ƏMAS
2-ci ay
- Mal Material Əməliyyatlar
- Ehtiyatların silinməsi
- Mal Materialların mədaxili satışı və silinməsi
- Debitor borclarla bağlı əməliyyatlar
- Online kargüzarlıq
- E-qaimə
- Satılan malların maya dəyəri
- Mal Materialların qiymətləndirilməsi
- Əsas vəsaitlər
- Əsas vəsaitlərin alışı,satışı
- Amortizasiya
- Müəssisədə əmlak vergisi və onun bəyannaməsinin hazırlanması
- İl sonu Dövriyyə cədvəli
- Balans
- Zərər
3-cü ay
- Vergi Məcəlləsi ilə tanışlıq
- BTB
- Online Kargüzarlıq
- E-taxes.gov.az
- SV , Əmlak vergisi, Torpaq Vergisi , ÖMV
- ƏDV
- ƏDV Hesabatlarının hazırlanması
- Əvəzləşmə
- MDSS
- DSMF hesabatları
- Muzdlu və qeyri muzdlu vahid bəyannamə
- Fiziki şəxsin Gəlir Vergisi
- Hüquqi şəxsin Mənfəət vergisi
- İl sonu Dövrüyyə
4-cü ay 1C Proqramı üzrə əməliyyatlar
Dərslər əyani olaraq keçirilir.
Dərs saatları 6-cı gün 10:00-13:00 (15 dəqiqə fasilə ilə) və ya 2,4 günlər 19:00-20:30 arası keçirilir
1C 8.3 yazılır
Materiallar pdf formada verilir!
Təlimin məbləği aylıq 150 azn.
Qruplarda yerinizi rezerve üçün 20 azn ödəyə bilərsiniz.
Sonda sertifikat verilir!
Bizimlə əlaqə: +99455 648 0005
AF CİTY BİZNES MƏRKƏZİ
Rəşid Behbudov 59 (Xarici Dillər Universiteti ilə üzbəüz)