İnfo sessiyaya qeydiyyat formu
Əziz gənclər! Azərbaycan Turizm və Menecment Universitetində keçirəcəyimiz info sessiyamızda sizləri də aramızda görməkdən məmnunluq duyardıq!
İnfo sessiyamız 7 aprel saat 11:00-da Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) baş tutacaq. Qeyd edək ki, info sessiyada hər bir universitet tələbəsi iştirak edə bilər.Onu da nəzərinizə çatdıraq ki, 3 doza vaksin passportunun olması vacibdir!
Siz də bu info sessiyada iştirak etmək istəyirsinizsə, formu doldura bilərsiniz.
Diqqətinizə çatdırmaq istərdik ki, info sessiyada iştirak etmək ödənişsizdir.
Ünvan: Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) əsas korpus. ( Gənclik metrostansiyası yaxınlığında).